Предыдущая публикация
Qurd ürəyi yeyib qağam,
Gözlərini duman alır.
Halal olsun, kişidi bu,
Rüşvəti nə yaman alır...
Düzüb qoşur çox işləri,
Yaman kəsir ağ dişləri.
Duruşları, yerişləri,
Aman Allah, nə can alır.
Adı addı, sözü də söz,
Yalanı da olubdu düz.
Pul toplayır gecə-gündüz,
Hər bir şeyə hər an alır.
Gedir "haqqın yolu" ilə,
Dostdur cibi dolu ilə.
Onun- bunun pulu ilə,
Arvadına tuman alır.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев