Bakıda möhtəşəm gimnastika kompleksi 15.10.2013 13:24 (AZERBAİJAN)
Bakı şəhərinin Nizami rayonu ərazisində, metronun “Koroğlu” stansiyasının yaxınlığında inşa olunan möhtəşəm gimnastika kompleksində işlər yekunlaşmaq üzrədir.
“National Gymnastics Arena” adlı kompleksdə artıq beton, üzləmə, kommunikasiya işləri demək olar ki, yekunlaşıb. Kompleksin tavanı da qurulub və tam hazır vəziyyətdədir.
Yaxın günlərdə mərkəzdə 6000 oturacaq quraşdırılacaq. Bundan başqa kompleksdə tamaşaçıların rahatlığını təmin etmək üçün istirahət guşələri, kafe və restoranlarda da işlərin görüləməsinə başlanılacaq.
Avtomobillə gələnlər isə kompleksin altındakı iki mərtəbəli qarajdan istifadə edə biləcəklər. Gimnastika kompleksində bədii, idman gimnastikaları, həmçinin digər idman növləri üzrə yarışlar təşkil ediləcək. tikilinin ümumi sahəsi 24 min kvadrat metrdir.
Qeyd edək ki, gimnastika mərkəzi Heydər Əliyev prospektində yerləşir ki, bura həm hava limanına, həm metro stansiyasının, həm də Bakıda tikilməkdə olan Olimpiya stadionuna yaxındır.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Нет комментариев