3 sualina heç kimsə tərəfindən cavab tapmayan gənc bir qocaya yaxınlaşıb deyir:
-Qoca sənə 3 sualım var. Onlara cavab verə bilərsənmi?
Qoca:
-İNŞALLAH verərəm.
Gənc:
-Mən bu sualları alimlərə vermişəm, amma cavab verə bilməyiblər. Sən savadsız bir qoca necə cavab verəcəksən?
Qoca bir daha:
-Allahın izni ilə cavab verərəm, oğlum.
Gənc:
1.Allah varmı? Əgər o həqiqətən də mövcuddursa mənə onun göstər?
2. Qismət nədir?
3. Əgər şeytan atəşdən yaradıldısa, nə üçün cəhənnəmə göndərilir? Cəhənnəm də atəşlə doludur. Atəş atəşi necə yandıra bilər?
Bu an qoca gəncin başında saxsı bir qab sındırır. Gənc başının ağrısından ufuldaya-ufuldaya:
-Niyə hirsləndin?
Qoca:-Hirslənmədim. Bu sənin ilk sualının cavabıdır.
Gənc:-Heç nə başa düşmədim.
Qoca:-Başında bu saxsı sınınca özünü necə hiss etdin?
Gənc:-Təbii ki, başım çox ağrıdı.
Qoca:-Yəni ağrının olduğuna inanırsan, deyilmi?
Gənc:-Əlbətdə
Qoca:-Onda mənə onu göstər.
Gənc:-Axı göstərə bilmərəm
Qoca:-Bu mənim ilk sualına cavabım. Hamı Allahın varlıgını hiss edər amma görməz. İndi 2-ci suala cavab. Dünən gecə yuxunda sənin başında bu gün bu saxsını sındıracağımı gördünmü? Və ya kimsə sənə bunu dedimi?
Gənc:-Yox
Qoca:-Heç bu gün belə bir şey olacağını fikirləşdinmi?
Gənc:-Yox
Qoca:-Bax demək ki, bu sənin qismətin imiş. İndi 3-cu suala cavab. Biz insanlar nədən yaradıldıq? Torpaqdanmı?
Gənc:-Bəli, torpaqdan.
Qoca:- Onda bu saxsı da torpaqdan yaradılmadımı? Bax, görürsən… Allah istəsə atəşdən yaratdığı şeytanı elə atəşdəcə cəzalandırar...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев