ən adi şeydən də inciyən, küsən
korsan,yuxulusan,sərxoşsan,nəsən?
Niyə görmürsən ki,sevirəm səni?
Gözünün qarasi laxlayib bəlkə,
bir cadu gözünü bağlayib bəlkə,
ahim gözlərini dağlayib bəlkə,
niyə görmürsən ki,sevirəm səni?
Gəl,elə dayanma sevirəm axi,
səni sevdiyimi deyirəm axi,
mən gözəgörünməz deyiləm axi,
niyə görmürsən ki,sevirəm səni?
Hər soyuq baxişla bir ümid öldü...
Ağladim gördüm ki,göz yaşim göldü.
Səni sevdiyimi korlar da gördü,
niyə görmürsən ki,sevirəm səni?
Bəlkə gözlərində nəsə çöp qalib,
bu eşqi kim axi bu kökə salib,
eynək taxmirsan ki,deyim qirilib
niyə görmürsən ki,sevirəm səni?
Bəlkə də gözündə pərdədi,tordu?
Baxişim bəlkə də gözünü yordu?
Gözün yaxşi görür,ürəyin kordu
yoxsa görərdin ki,sevirəm səni
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев