PREZİDENT VƏZİFƏSİNƏ SEÇİLDİ
Avropa Şurasından alınmış rəsmi məlumata əsasən Strasburqda 4 dekabr 2018-ci il tarixində Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının (CEPEJ) ali idarəetmə orqanı olan Bürosu, o cümlədən Prezident vəzifəsinə seçkilər keçirildi.
Avropa Şurasının rəsmi saytına istinadən qeyd olunmalıdır ki, yarandığı gündən bu qurumun rəhbərləri adətən Qərbi Avropa ölkələri (Almaniya, İtaliya, İngiltərə, Avstriya) nümayəndələri olmuşlar.
Avropa Şurasının tarixində ilk dəfə olaraq Azərbaycan təmsilçisi hakim Ramin Afad oğlu Qurbanov Avropa Şurasının ədliyyə və insan hüquqları sahəsində ən mötəbər qurumunun yüksək vəzifəsinə seçildi.
Onu diqqətinizə çatdırırıq ki, Ramin Qurbanov Kalinino rayonun Qızıl Şəfəq kəndini salan, yurd edən Qara Qurbanlı (Qararvanlı) nəslindəndir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 2