Предыдущая публикация
Allah şəhidlərimizə rəhmət eləsin. Ötənilki aprel döyüşləri sübut etdi ki, millətimiz həmin millətdir. Milli ruhumuz hələ də sarsılmayıb. Nə daxildən, nə də xaricdən heç kim bu milləti aşağılamaq fikrinə düşməsin. Bu millət bir daha sözünü deyəcək!
Ali Karimli (Əli Kərimli)
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 4
Düşmənlər duymasın, bu fəryadımı.
Bilmirəm sevinim ya ağlayımmı,
Adın tarixlərə, yazdı şəhidlər,
Haqqın dərgahına, qalxdı şəhidlər!
Ay ana, saçını dərddən ağartma,
Gəlib gedənlərdən oğlunu sorma.
Qara bəxtim deyib, yanma-alışma,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!
Həyatda candan şirin deyin nə var?
Şirin candan keçdi, vətənçün onlar.
Əlbət yaşayacaq belə oğullar,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgəhına qalxdı şəhidlər!
Vətənin köməyə ehtiyacında,
Yetdilər imdada dar ayağında.
Qanların tökdülər torpağ uğrunda,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!
Şəhidlik adını ucuz tutmayın,
Öldülər sözünü dilə almayın.
Onlar yaşayırlar, siz unutmayın,
Adın tarixlərə yazdı şəhidlər,
Haqqın dərgahına qalxdı şəhidlər!
Başın dik saxla, gül üzlü bacım.
Şəhidlər ölmürlər, sən yas saxlama,
Gedən hər bir şəhid Vətənin tacı.
Səndə rahat uyu şəhid qardaşım,
Demə ki, həyatım şam tək sönübdür.
Xalqın ürəyində hər məzar daşı
Sönməyən atəşə, oda dönübdür.
Qəlbində hayqırtı intiqam səsi,
Vətən torpaqından qolun güc aldı.
Həyatda şərəfli ömür yaşadın,
Öldün ölümünlə adın ucaldı.