Hardadır yağış?Hardadır mənim sevgilim hardadır?Hansı evdə?Hansı pəncərələrdə?Hansı binalarda? Hansı küçələrdə?(x2)(verse:Qaraqan)Yaxınlaşır noyabr,otaqda isti kaminBizim hisslərimizi sanki təsvir edib DaliQorxurdum gözlərindən,qorxurdum soyuq səsdənSən bəzən bilmədən incidirdin bəzən qəsdənRadio dalğaların zərif xışıltısına daldıqİnsanlar qaçdılar,getdilər biz burda qaldıqİndi şəhər tamam boş, Bakıda yoxdu heçkəsYa da ki şəhər doludu sadəcə biz gözə görünməzKeçər illər sən olarsan xoş bir nostaljiKöhnə fotoalbom sirləriylə bölüşdükcəUşaqlıq illərinin səliqəsiz xatirəsiBarmağım şəkildəki gözlərinlə sevişdikcəUzun illər sonra şıltaq sevgi həvəsindəMən indi qul olmuşam azadlığın qəfəsindəVə bəlkə bir gün sən yadına salıb sevgimiziSakitcə ağlıyarsan otağın bir köşəsində(Nəqarət:Qaraqan)Hardadır külək? Hardadır yağış?Hardadır mənim sevgilim hardadır?Hansı evdə?Hansı pəncərələrdə?Hansı binalarda? Hansı küçələrdə?(x2)(verse:Qaraqan)Sən yoxsan yanımda. Yaxşı bəs hardasan sən?Bəlkə gizlənirsən boz kütlənin arasında?Mən səni görməsəmdə,tanıyıb bilməsəmdəBil ki sevgimizi dəyişmərəm başqasınaSəni tanıyacam mən yazacağam məktublardanYa da ki gözlərin əridərək divarlarıMən yığıb ümidlərimdən sənə bir gül dəstəsiSən gizlədərsən başqalarından onlarıGörüşür gözlərimiz hər gecə ulduzlardaSən məni tanıyırsan,bütün həyatım mahnılardaMən səni görməmişəm tanıyıram yuxulardanBilirəm bir gün səni tapacam EsmeraldamQurduğum xəyallar tək, vurulub ilk baxışdanBiz rəqs edərik dəli kimi küçənin ortasındaHəyatımız nağıldı, sevgi növbəti səhifəGörəsən nə gizlənir o səhifənin arxasında?(Nəqarət:Qaraqan)Hardadır külək? Hardadır yağış?Hardadır mənim sevgilim hardadır?Hansı evdə?Hansı pəncərələrdə?Hansı binalarda? Hansı küçələrdə?(x2)Hansı səkilərdə? Hansı şəhərlərdə?Hansı nömrələrdə? Hansı mənzillərdə?Hansı otaqlarda?Mənim sevgilim dinliyir sakitcə məni dinliyir..
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев