Bizim tərəflərdə 1960-66-cı illərdə məhərrəmlik təziyə mərasimləri keçirildiyini,
evlərdən birində teşt (böyük su ləyəni) saxlandığını
və "qətl sınandan" (yəni Aşuradan (İmamın qətlə yetirildiyi onuncu gün) sonra)
şəbih (tamaşa, - biz şəbeh deyirdik) çıxarıldığını xatırlayıram.
Səbəbini bilmirəm, amma "şəbih mərasimi" həmişə gecə vaxtı olurdu,
kənd əhalisi kişili-qadınlı, ayağı yer tutan uşaqlar, şəbih çıxarılan həyətə toplaşardı.
Mərəkədə biri Yezid, biri Şümür, bir neçə nəfər də Əbəlfəzl Abbas, İmam, bir nəfər də onların yolunu kəsib su götürməyə imkan verməyən məlun, 4-6 nəfər də tabutda "imamın" meyitini daşıyanlar olurdular.
Qalan camaat, yəni tamaşaçılar da son səhnədə kütləvi iştirakçı olub ağlaşır, "şaxsey, vaxsey" (yəni Şah Hüseyn, vay Hüseyn) deyir, sinə vururdular.
Amma haqqına deyim ki, baş yarma və zəncirlə özünü döymə halları görməmişəm.
Bizim kənddə kənar qadınların yanında qurşağadək soyunma nədir, heç maykada gəzən kişi də görməmişəm o vaxtlar.
Cəmi bir dəfə eşitmişdim ki, bir nəfər, ləqəbi "Keçəl" idi (indi rəhmətə gedib), guya başının ortasından, yəni təpə hissəsindən bıçaqla çəkib, qan onu aparıb...
Amma mən həmin vaxt, yəqin ki, çox uşaq olduğumdan həmin mərasimdə iştirak etməmişdim...
Yəni, şəxsən belə hadisələri sonralar iştirak etdiyim mərəkələrdə görməmişəm.
Əvvəllər "imamın meyiti" rolunda da adam olurdu.
Amma bir dəfə ağlaşmada tabutdakı "meyitin" diri adam olduğunu unudub,
Şümür və Yezidlə vuruşmaq istəyən cənazəni daşıyanlar "tabutu" yerə atıb
cummuşdular "Yezid" və "Şümür"ün üstünə, ara yerdə, tabutdakı adam da az qalmışdı şikəst olsun.
Ondan sonra daha heç kim "İmamın meyiti" rolunu oynamaq istəmirdi,
tabuta diri "meyit" əvəzinə, içinə saman doldurulmuş pambıq xaralı (bardan, iri kisə) və ya adi döşək qoyurdular.
Bir dəfə də, xatırlayıram, kəndimizdəki çox mömin bir kişini (Allah rəhmət eləsin, bir 40 il olar ki, artıq dünyasını dəyişib)
İmamın yolunu kəsib su götürməyə imkan verməyən roluna qoymuşdular
və "Əbəlfəz" ona deyəndə ki, "ay kafir, uşaqlar susuzluqdan yaney, qoy su götürüm", bir də gördük ki, bu kişi rolda olduğunu unudub onun qabağında diz çöküb:
"Dədəm-nənəm sənə fəda olsun, ya Əbəlfəz, nə qədər isteysən, gəl, su apar" - deyir.
İndi bəlkə də bu gülməli görünər,
amma, inanmazsınız, bütün tamaşa eləyənlər və onlara qoşulan biz uşaqlar da elə ağlayırdıq ki, o faciəyə...
Sanki bizim özümüzün qarşımızı kəsib su içməyə qoymurdular.
Hə, belə-belə işlər, mənim əzizlərim...
Bu da bir xatirə idi, sizə danışdım...
https://az.wikipedia.org/wiki/F%C9%99xr%C9%99ddin_T%C9%99hm%C9%99zov https://az.wikipedia.org/wiki/F%C9%99xr%C9%99ddin_T%C9%99hm%C9%99zov#/media/File:F%C9%99xr%C9%99ddin_T%C9%99hm%C9%99zov.jpg Fəxrəddin Təhməzov — Azərbaycan Respublikasının Milli Təhlükəsizlik naziri (1992-1993).
...Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев