Dilərsəm mən ölüm haqqın ama ki intihar yoxdur
Beyin bezdi,başım bezdi,mənim hər bir anım bezdi
Gözüm bezdi,damar bezdi,damarımda qanım bezdi
Ürəy bezdi.bədən bezdi.xülasə bu canım bezdi
Ruhum hazır,özüm hazır,kəfən hazır.Məzar yoxdur
Günüm dərddir səhər qüssə gecəm də qəmli bir röyya
Elə dərddir danışsam bəlkə tab eyləməz dünya
Onun uğrunda can verdin səni atdı qoyub tənha
necə bilsin sənin qədrin axı ismətlə ar yoxdur
Niyə YaRəb bu xoş saət*dönüb əfsus cüda** oldu
Yazıq deyləm məgər arzum ürəyimdə mənim qaldı
Hadha alhüzn***neqara**** bax ki badeye***** müdam doldu
Bu qəmnən bir xümarəm ki mənimtək bir xumar yoxdur
Baxarkən sən soruşsan ki ey Əkrəm bu nə əşardır******
Deyərdim ki bu ayrılğa bu qısqanclıq səbəbkardır
Gözüm kordur mənim görmür ama səndən xəbərdardır
Bu dünyada gözəllikdə sənə bənsəz nigar yoxdur
Əkrəm Aqil
*-saət_xoşbəxlik
**-cüda_ayrılıq(ərəb)
***-hadha al hüzn_bu kədər gəldi(ərəb)
****neqara-ey nigar(fars)
*****badeye-badə(fars)
******əşşar-əsər(ərəb)
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев