Kimin ancaq pulu vardır tanıyıb sayirlar indi.
A kasıblar,sizitək diş qıcıdıb hürməz idik biz
Sizitək rüsxət olmadan bir evə girməz idik biz.
Lap əzəllər belə bir şey yox idi görməz idik biz
Nə cəsarətlə kasıblar yolunu cayırlar indi?!
Adamı pul i'lə adəm yerinə qoyurlar indi.
Kimin ancaq pulu vardır tanıyıb sayirlar indi.
Baxıram iyrənirəm mən üzünün qıra'ğı yırtıq
Bu nə paltar,bu nə üst-baş?!Yarağı-yasa'ğı yırtıq
Və cırıq-mırıq geyibdir,başının papa'ğı yırtıq
Bu nə püf-püf o pis ətrin evimə yayırlar indi
Adamı pul i'lə adəm yerinə qoyurlar indi.
Kimin ancaq pulu vardır tanıyıb sayirlar indi.
Yeri rəddol gəlib vurub piləkəndən salaram mən
Bu saat durub ayağə başıvı tapdalaram mən
Sən deyirsən:"mənə pul ver,verməsən ac qalaram mən"
Sənin tayların dükan,ev talayıb soyurlar indi!
Adamı pul i'lə adəm yerinə qoyurlar indi.
Kimin ancaq pulu vardır tanıyıb sayirlar indi.
Müəllif:Əkrəm Aqil *12.12.2016*
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев