İllərdi bizim evdə yaranmışdı da zülmət
Aydın ki gözün oldu bir oğlan bizə qismət
Oğlan nədi qılmandı təmam nurdan ibarət
Hər a'n şükür Xaliqi Sübhanədir övrət!
Olsun yaşı on beş edə qulluq mənə bəlkəm
Ta mən kimi yox.Üz tutacaq düzgünə bəlkəm
Pis günlərə biz tək gələcəkdir sinə bəlkəm
Vəqt ta ki gələr biz çıxarıq xoş günə bəlkəm
Hərgah ümidim təkcə bu oğlanədir övrət!
Əfsus görürəm fikri səva yanədir övrət!
Vay.vay yetim olsun necə təzvir eləyir bu
Aşka'rdə kafərləri təhqir eləyir bu
Gəl kəndini mömin kimi təfsir eləyir bu
Ta ku'çədə mömin görə təkfir eləyir bu
Cindir ya da şeytandı bu yoxsa nədir övrət?!
Sonsuzdu bunun nifri müsəlmanədir övrət!
Ol gün ki dedim mənə Allah verib övlad.
Ta zənn elədim olmayacam dünyada naşad.
Ol dəm ki dedim işlə buraxdım başın azad
Ta işlədi bağlandı pula parəyə arvad,
Ondan bəri tək meyli pul imkanədir övrət!
Fikri.zikiri .şöhrət ilən şanədir övrət!
Axşam çağı gördüm ki sənin əfi ilanın
Ley-pey gəlir əlbət çürüdüb zəhr ilə qanın
San ki gücü var bunda da yüzlərcə cəvanın
Çatcaq təpiklə əzdi başın bir qocamanın
Tədbir elə bax gör necə cövlan edir övrət!
Məskə'ni qəbir ya da həpisxanədir övrət!
Müəllif:Əkrəm Aqil 29.11.2016
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 5