Предыдущая публикация
Yox şeytana məskən ama insan ürəyində.
Allah bizə yar oldu tapıbyer bu ürəkdə
Xoş ol kəsə yer tapdısa canan ürəyində.
Kim kərbübəla faciyəsin duydu eşitdi
Ondan bəri qalmı.dır onun qan ürəyində.
Əlbətdə tapar məncə şəfa'ət nurun hər vaxt
Ol kəs ki edər şeytana üsyan ürəyində.
Allahə edərsənsə ibadət sənə yer var
Saxla təki olsun sənin iyman ürəyində.
İnsan deyərəm mən sənə haqq uğruna can ver
Gəl saxlama öz haqqını pünhan ürəyində.
Əkrəm, ürəyindən nə keçir misraya həkk et.
Çox şey var hələ məncə qəzəlxan ürəyində.
Müəllif:Əkrəm Aqil *25.okt.2016
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев