Bir ümid var "gələcəksən" necə diqqətlə baxır
O.cıxıb getdi fikir verməyib heç bir sözümə
Bu səbəbdən də özüm düşmən olmuşam özümə
Vaxt ikən sevməyirəm söyləyən insan üzümə
Görəsən hansı cürət hansı cəsarətlə baxır?!
Mənim olmayıb tənim qəlb evimin şa'hı olan
Mənə nöş oldu qənim qəlb evimin şa'hı olan
Ötən anlarda mənim qəlb evimin şa'hı olan
İndi no'lub nə səbəbdən mənə heyrətlə baxır?!
Bu gözümdən süzülən yaşlarım dönübdü selə
O vəfasiz kimisin görmədim dünyadə hələ
Ala gözlərlə mənim gözlərimə baxdı elə
Nə biləydim bu baxışla hansı niyyətlə baxır?!
Sənədir tək gözəlim qəlbimin ehtiyya'cı.
Əbədiyyən başımın bil bunu sənsən ta'cı
Sənə qəsdən baxıram rastlaşanda qıyğa'cı
Ama zənn etmə bu gözlər sənə nifrətlə baxır.
Oldun ayrılğa səbəbkar bu kin küdu'rət ilə
Baxacaqsan o ötən günlərə çox həsrət ilə
Düzdü baxsan da gülüm sən mənə çox nifrət ilə
Ama Əkrəm sənə eşq iylə məhəbbətlə baxır
Müəllif:Əkrəm Aqil *04.okt.2016*
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 12