Предыдущая публикация
--------------------------------------------------
Elə istəyirəm tək bircə dəfə,
Əllərim əlinə toxuna bilə,
Gözlərim gözünə sataşa bir an
Gözündən məhəbbət oxuna bilə.
Zülmət gecələrin qoynuna girib,
İstərəm sabahı açaq səninlə,
Bu fani dünyanın dərdi-qəmindən,
Xəyal dünyamıza qaçaq səninlə.
İkimiz bir dünya quraq əzizim,
Orda nə dərd olsun, nə də ki, həsrət,
Hicranın belini qıraq əzizim,
Bir sən ol, bir də mən, bir də məhəbbət.
Yaźci Şöyle Ibrahimqizi...
#музыка
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 4