Ay gözəl xanımlar,işvəli nazlar.
Nənə və nəvələr,a sərvinazlar,
Qadinlar günunüz,Mübarək olsun.
Sizlərlə fəxr edib, sizlərlə varıq,
Kiməsə qardawıq,kiməsə yarıq.
Deyin arzulari,həmdəm olarıq,
Qadınlar günunüz Mübarək olsun.
Dünyalar versəkdə,çox deyil azdır,
Hər xoş baxışınız,bahardır yazdır.
Hərdən küsməyiniz,vallah ayazdır,
Qadınlar gününüz, mübarək olsun .
Qoy bu gün diləklər, sizlərin olsun,
Qazanlar qaynasın,süfrələr dolsun.
Nə gözlər köyrəlsin,nə yanaq solsun,
Qadinlar gününüz, Mübarək olsun.
Borcumuz sizləri,bəzəmək bu gün,
Gül çiçək bəxş ermək,gəzdirmək bu gün,
Huri mələklərə,bənzətmək bu gün,
Qadınlar gününüz, mübarək olsun .
Bu şeiri yazanda,mənəm, Afiqəm,
Qoy qalsın arxada,nisgil qüssə qəm,
Gülüb sevinin ki,dillənsin qələm,
Qadınlar gününüz mübarək olsun .
Afiq Göyçəli
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев