Предыдущая публикация
Bənzərsiz baxışlar,dür danələrdir
İnsan talehini,alt-üst çevirən
Bəyaz sinələrdə,şahanələrdir
Gülgəz yanaqları,nura bəzədən
Tanrının verdiyi,hilal qaşıdır
Gecəni özü tək,gülə bənzədən
Şirin dodaqların,titrək yaşıdır
Hissləri yaşadıb,aşiq etdirən
Göyçək könüllərdir,siya tellərdir
Yatmış məhəbbəti ruha yetirən
Söhbətə dolaşıb,əsən dillərdir
Nə olsun hər vaxtın,öz dövranı var
Ürək cavandırsa,söz bəhanədir
Afiqin sevməyə,sevən canı var
İllər sultanıyam,xoş bir xanədir
Afiq Göyçəli Rusiya 22.02.20.
Xanə-dayanmadan bir musiqidən o bir musiqiyə keçmək deməkdir
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев