Предыдущая публикация
Tənhalıq.
Sən hardan biləsən nədir tənhalıq,
Zülmət gecələrdə tənha qaldınmı,
İçində hıçqıran xatirələrin,
Göz yaşların silib,könlün aldınmı?
İtirib sonuncu ümidlərini,
Həsrətin selində boğuldunmu heç,
Gecələr ölümün qoynuna girib,
Sabahlar yenidən doğuldunmu heç?
Qərib bir otağın qaranlığında,
Qorxulu yuxular gördünmü söylə,
İnanıb eşqinə, sədaqətinə,
Vəfasıza könül verdinmi söylə.
Zamansız doğulan məhəbbətlərə,
Ürəyində məzar qazmısanmı sən,
Uşaq tək oynayan duyğularınla
Birinə şeirlərlər yazmısanmı sən.
Sən hardan biləsən nədir tənhalıq,
Onu yaşayanlar, duyanlar bilər,
Səhər tez açılsın deyə ömrünü,
Gecələrə girov qoyanlar bilər.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 3