05_06_2018 2_ci qədr gecəsi
07_06_2018 3_cü qədr gecəsi
Qədir gecəsinin fəziləti
_____________________
Bu gecənin fəzilətli olmasının səbəbi - həmin gecədə baş verənlərə görədir. Əks halda, başqa gecələrdən fərqi olmazdı.
_____________________
1. Günahların bağışlandığı gecədir. Həzrət Peyğəmbər (s) buyurur: "Hər kim Qədr gecəsini əhya saxlayar və mömin olar, Qiyamət gününə etiqadı olar, bütün günahları bağışlanılar".
2. Ramazan ayının qəlbidir. İmam Sadiq (ə) buyurur: "Allahın kitabından istifadə olunur ki, Allah yanında ilin aylarının sayı on ikidir. Ayların ən üstünü - Ramazan ayıdır, Ramazan ayının qəlbi isə Qədr gecəsidir". Həzrət Peyğəmbər (s) buyurur: "Qədr gecəsi - gecələrin sərvəridir".
3. Min aydan daha yaxşıdır. Qurani-Kərim buyurur: "Qədr gecəsi min aydan daha xeyirlidir". ("Qədr" 3).
Bəs nəyə görə bu gecə min aydan daha üstündür?
Nəql olunur ki, o zaman ki, Ramazan ayı yaxınlaşardı, Həzrət Peyğəmbər (s) Bilala buyurardı: "Müsəlmanları məscidə çağır". Onlar toplaşan zaman minbərə qalxar və Allaha həmd etdikdən sonra buyurardı: "Ey insanlar! Allah Təala bu ayı sizə aid etmişdir. O, ayların seyyididir və onda elə bir gecə vardır ki, min aydan daha yaxşıdır".
Bu gecənin fəziləti haqqında deyilir:
1. Bu gecədə edilən hər bir yaxşı əməl, başqa gecələrdə edilənlərdən daha üstündür. İmam Sadiqə (ə) sual verirlər ki, necə ola bilir ki, Qədr gecəsi min aydan üstün olur? Həzrət (ə) belə cavab verir: "Qədr gecəsindəki əməl, Qədr gecəsinin olmadığı min ayda edilən əməldən daha üstündür".
2. Mələklər və ruh Allahın izni ilə yerə enərlərlər. İmam Səccad (ə) buyurur: "Allah Peyğəmbərə (s) buyurur: "Bilirənsənmi ki, Qədr gecəsi niyə min aydan daha üstündür?". Həzrət (s) buyurur: "Xeyr". Allah buyurur: "Ona görə ki, bu gecədə mələklər və ruh Allahın izni ilə yerə enərlərlər".
3. Quran bu gecədə nazil olmuşdur. Bəli, Qurani-Kərim bu gecədə bir dəfəyə, xülasə şəklində Peyğəmbərin (s) o nurani qəlbinə bir ruh kimi nazil olmuşdur. Lakin sonradan 23 il ərzində söz şəklində tədricən nazil olmuşdur.
Qədr gecəsi ən mübarək gecələrdən biridir və bu gecənin bərəkət və xeyirləri çoxdur. Ona görə də qarşıdan gələn Qədr gecələrinin fürsətlərini əldən verməyək və ondan bəhrələnməyə çalışaq.
Qədr gecəsinin əməlləri
Əhya saxlayan şəxsə aşağıdakı əməlləri yerinə yetirmək müstəhəbdir (savabdır):
1 Qüsl etmək. Qüsl edərkən belə niyyət etməlidir: «Əhya gecəsinin qüslünü edirəm qürbətən ilallah». Bu qüslün böyük savabı vardır.
2 Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmaq. Səhərə qədər oyaq qalıb ibadətlə məşğul olmağın mənası budur ki, insan Quranı qarşılayaraq deyir: «İlahi, sən bu gecə mənə Quran nazil edirsən və mən də bu gecə səhərə qədər oyaq qalıb onu qarşılayıram.»
3 Məscidə getmək. Məscidə getməyin mənası budur ki, insan öz məqsədini təyin edir. Yəni: «ey Allahım, bu gecə mən fəsad və pozğunluq olan yerlərə gedə bilərdim. Lakin mən sənin razılığını qazanmaq üçün Sənin evinə gəlmişəm və gələcək xoşbəxtliyimi müəyyənləşdirirəm.»
4 Qədr gecəsinin namazı, Qədr gecəsində qılınan namazın böyük şərəfatə vardır. Qədr gecəsinin namazı məğrib və işa namazları ilə sübh namazı arasındakı vaxtda qılınır. Qədr gecəsinin namazının qaydası belədir:
Niyyət: «Qədr gecəsinin namazını qılıram qürbətən ilallah». Sübh namazı kimi iki rəkətlidir. Lakin hər həmd surəsindən sonra 7 dəfə mübarək «İxlas» surəsi oxunmalıdır. Namazı qurtardıqdan dərhal sonra alını səcdəyə qoyaraq yetmiş dəfə «Əstəğfirullahə və ətubu iləyh» deyilir.
İmam Sadiq (ə) buyurur: «hər kəs bu namazı qıldıqdan sonra səcdəyə gedib yetmiş dəfə «Əstəğfirullahə və ətubu iləyh» deyərsə, səcdədən qalxmamış Allahu-təala (c.c.) onun özünün və ata-anasının günahlarını bağışlayar.»
5 Quranı başa qoyub Allahu-təalanın (c.c.), peyğəmbərin və imamların adlarına and verməklə Allahu-təaladan (c.c.) günahlarının bağışlanmasını, dünya və axirət istəklərini bildirmək. Bu əməlin mənası Allahu-təalanın (c.c.) insan üçün göndərdiyi kitabı başı üstə qoruyub saxlamaq deməkdir. Yəni: «Ey Allahım, Sən mənə hörmət edib kitab göndərirsən, mən də onu özüm üçün rəhbər və yol göstərən təyin edir və onu həmişə başım üzərində qoruyub saxlayacağam». Həzrət Peyğəmbər (s.a.a.v.) buyurur: «Hər kəs Quranı özünə rəhbər edərsə, Quran onu Cənnətə aparar. Hər kəs Quranı arxada qoyarsa və onu özünə rəhbər etməzsə, Quran onu cəhənnəmə tərəf yönəldər.» (Yəni, hər kim Quranı oxuyub ona əməl edərsə və ona tabe olarsa, Quran onu Cənnətə aparıb çıxarar. Lakin Qurana tabe olmayan şəxs, Quran oxumağına baxmayaraq, Cəhənnəmə vasil olar.)
Quranı başa qoyub Allahu-təalaya (c.c.) və 14 məsuma and verməyin mənası budur ki, «Ey Allahım, mən Sənə və Sənin ən istəkli bəndələrinə and verib tövbə edirəm və səndən öz istək və ehtiyaclarımı diləyirəm.»
Quranı baş üzərinə qoyub dua etməyin qaydası belədir:
Əvvəl Quranı açıb bu duanı oxumaq lazımdır:
Əllahummə inni əsəlukə bikitabikəl-munzəl. Və ma fihi və fihi ismukəl əkbər. Və əsmaukəl-husna. Və ma yuxafu və yurca ən təcələni min utaikə minən-nar.
Əllahummə bihəqqi həzəl-Quran və bihəqqi ən ərsəltəhu bih. Və bihəqqi kulli muminin mədəhtəhu fihi. Və bihəqqikə ələyhim fəla əhədə ərəfu bihəqqikə mink.
Sonra Quranı baş üzərinə qoyub aşağıdakıların hərəsini on dəfə de:
Bikə ya Allah (10 dəfə)
Bi Muhəmmədin (10 dəfə)
Bi Əliyyin (10 dəfə)
Bi Fatimətə (10 dəfə)
Bil Həsəni (10 dəfə)
Bil Hüseyni (10 dəfə)
Bi Əli ibn Huseyn (10 dəfə)
Bi Muhəmməd ibn Əli (10 dəfə)
Bi Cəfər ibn Muhəmməd (10 dəfə)
Bi Musa ibn Cəfər (10 dəfə)
Bi Əli ibn Musa (10 dəfə)
Bi Muhəmməd ibn Əli (10 dəfə)
Bi Əli ibn Muhəmməd (10 dəfə)
Bi Həsən ibn Əli (10 dəfə)
Bil Huccəti (10 dəfə)
Bu mübarək adlara and verən zaman Quran başa qoyulur. Andlar qurtardıqdan sonra Allahu-təaladan (c.c.) günahların bağışlanması və diləklər istənilir. Çünki bu adlara and verdikdən sonra insanın duaları mütləq qəbul olunur.
6 İmam Əli (ə) və İmam Huseyn (ə) ziyarətnaməsini oxumaq.
7 100 rəkət (sübh namazı kimi) müstəhəbbi namaz qılmaq. (Boynunda qəza namazı olan şəxs 6 günlük qəza namazlarını qıla bilər. Bunun savabı həm 100 rəkətli müstəhəb namazın savabını ödəyər, həm də 6 günlük qəza namazını qılmış olar.)
8 Peyğəmbər (s.a.a.v.) və Əhli-Beytinə salavat göndərmək.
9 Cövşən-kəbir duasını oxumaq
10 həzrət Əli (ə)-ın qatilinə lənət oxumaq. Yüz dəfə «Əllahummələn qətələtə əmirəl-möminin» (Yəni: «İlahi, Əli (ə)-ın qatillərinə lənət et»).
11 Yüz dəfə «Əstəğfirullahə rəbbi və ətubu iləyh» demək və tövbə etmək. Bu əməlin mənası belədir: İnsan keçmişdə etdiyi günahlardan peşman olub gələcəyini abadlaşdırmaq üçün Allaha söz verir. Yəni: «Ey Allahım, bu günə qədər mən səhv yolda olmuşam. Lakin bu gündən Sənin bütün əmrlərinə tabe olacaq və bir daha günah etməyəcəyəm.»
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев