Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasına,
Avropa Şurasının Parlament Asembeleyasiyasına,
Avropa Şurasının Nazirlər Komitəsinə.
Hörmərli ağalar və xanımlar!
Talış xalqı, Azərbaycan Respublikasında yaşayan köklü(abrogen), çoxsaylı xalqlardan biridir və ölkənin cənub-şərqində kompakt halında, Xəzər dənizi sahili boyu, xalqın adı ilə olan, ovalıq və dağlarda yaşayır. Bu xalqın dili rəsmən tanınmır, adı Dövlət sənədlərində, bu və ya digər şəkildə qadağan olunmuşdur. Xalqın dilində təhsil, tədris vasitələri və özünüidarə hüququ olmadığı kimi, müqəddaratını təyinetmə haqqlarından da, tam mərhum edilmişdir.
Talış xalqının, bir xalq olaraq yaşamına maraqlı olan və mübarizə aparan əsas hissəsi, ölkədən, bir-çox səbəblərdən mühacirət etmiş və hazırda mühacirət prossesi iqtisadi-siyasi, ictimai təzyiq səbəblərindən intensiv davam edir. Əsasən Rusiya Fedrasiyasına köç etmiş talışlar, bu ölkədəki ağır şərtlərə sinə gərərək işləyir və vətəndə qalan yaxınlarının yaşamını təmin etməklə, böyük ümüdlə ölkə daxilində özünüidarə haqqı qazanmaqla, həyatlarını quracaqlarına ümüdlüdürlər və milli yaşamında rol oynayan dil, adət, ənənə, mədəniyyət, tarix, ədəbi yaradıcılıq və digər sahələrlə rəmzlərini,-bayraqlarını da qoruyub, onunla fəxarat yaşamağa özfəaliyyət səviyyəsində cəhdindədirlər. Bu cəhdlər isə istər Dövlət idarə məmurları və millətçi ictimaiyyət nümayəndələri tərəfindən kobud şəkildə təqib olunmaqdır. Hələ 2016-cı ilin mart ayında Talış xalq fəal nümayəndələrinin Talış bayrağını qaldırdığına görə, Ölkə parlament nümayəndələrinin və digər rəsmilərinin qadağanedici çıxışlarına rəğmən, Avropada hüquq əsasaında Demokratiya Komissiyasının (Avropa Şurasının Venesiya Komissiyası), milli simvolların istifadəsi üçün Azərbaycanda cinayət məsuliyyətinin təhdidlərinin Avropa standartlarına zidd olduğunu qeyd etməklə, milli Talış rəmzlərinə qadağa qoyulması 10-cu maddə, ifadə azadlığı və 11 quruluşun sərbəst toplaşmaq azadlığı və insan hüquqları və əsas azadlıqlarının müdafiəsi haqqında Avropa Konvensiyasına ziddir.
Sənədin müəlliflərinə görə, "Bu bayraq, Talış-Muğan Muxtar Respublikasının tərkibində separatçı bir simvol olaraq qəbul edilə bilməz, çünki BMT Nizamnaməsinin 3-cü maddəsi belədir:" Yerli xalqlar öz müqəddəratını təyin etmək hüququna malikdirlər. Bu hüquqa əsasən, onlar öz siyasi statusunu sərbəst şəkildə qururlar və iqtisadi, sosial və mədəni inkişaflarını sərbəst həyata keçirirlir”. Nizamnaməyə əsasən, Talış xalqının Azərbaycan daxilində muxtariyyətə və onunla bağlı simvolizmdən istifadə etməsi, demokratik hüququ Azərbaycanın imzaladığı beynəlxalq konvensiyalara uyğundur...
Lakin, Azərbaycan Respublikası iqtidarı, butövlükdə, eləcə də hüquq-mühafizə orqanlarının bütün səviyələrdə məmurları Talış Muğan Muxtar Respublikası rəmzlərinə, o cümlədən Bayrağına və onu daşıyanlara, təbliğ edənlərə daima təhdid və həbslər aparmaqla münasibət göstərirlər. 2017-ci ilin dekabr ayında, Facebook sosial şəbəkəsində, bu Bayrağın, Masallı rayon ərazisində qaldırılmasını özündə əks etdirən şəkillərin yayılmasına görə, Talış fəalı, jurnalist Mətləb Dadaşov 30 sutkalıq və yenə, həmin bayrağın Rusiya Federasiyasının Sankt Peterburq şəhərində, avto-yüyürüşdə qaldırdığına görə, gənc Talış fəalı, Mirismayılov Mirismayıl Mirələkbər oğlu da, həmçinin 30 sutkalıq həbsə məhkum edilmişlər...
2019-cu ilin ilk, yanvar ayında iqtisadi səbəblərdən RF-a mühacirət edən, Bağırov Fətail, ağır zəhmət bahasına əldə etdiyi qazanc hesabına doğmə vətənində,- Lənkəran(talışca Lankon) rayonunun ən böyük kəndlərindən birində, Boladi kəndində özü və ailəsinə ev tikdirmiş, yerli qaydalara görə ərazini hasara aldırmış və qoydurduğu darvazanın üzərinə mənsub olduğu xalqın, Talış xalqının bayrağının rəngli təsvirini həkk etdirmişdir. Biləvasitə Ölkə rəhbərliyinin göstərişi ilə, rayon məmurları, hüqüq mühafizə orqanlarının məxsusi heyyəti, cənab F. Bağırovun, kənddə, həmin evdə yaşayan ailə üzvlərini təhdid, təzyiqlər etmiş, öz milli rəmzinə sayğı və hörmətlə yanaşan ailə üzvlərinin qəti və sərt etirazlarına baxmayaraq, həmən darvazanı, bayraq rəmzi rənglərini itirmək üçün, kustar və səliqəsiz qaydada qırmızı rənglə özləri boyamış və bunula da ölkə vətəndaşının mülkiyyət hüqüqlarına və Milli qururuna etinasız münasibət fonunda, sadaladığımız və sadalamadığımız bir çox Ölkə qanunlarına, Beynəlxalq norma. Konvensiya və öhdəliklərə böyük hörmətsizlik edilmişdir.
Azərbaycan Respublikasının rəhbərliyi, bu vandal düşüncə tərzini bir qədər də inkişaf etdirərək, hazırda Boladi kənd İcra hakimiyyəti nümayəndəsi Nizami Hüseynovdan və bələdiyyə rəhbərlərindən öz xoşları ilə vəzifələrindən getməli olduqlarının tələbini qoymuşdur. Onların düşüncəsinə görə Boladi kəndi ərazisində həmin vəzifələrdə çalışan vəzifə sahibləri, insanlar üzərində mənəvi-milli nəzarəti də, təmin etməliymişlər.
Talış Muğan Muxtar Respublikasının prazidenti və Mühacir höküməti Beynəlxalq təşkilatların nəzərinə çatdırır ki,, AR hakim dairələrinin bu formada Talış xalqının milli hissiyatına toxunma hallarının dayandırılmamasının, ağır nəticələr verə biləcəyini çatdırmalarını rica etməklə, ən azı, belə məsələlərdə, hec olmazsa qəbul edilmiş norma və öhdəliklərə riyayət edilməsinə çağırışlar edilsin.
TMMR Prezidenti,
Ə.Ə.Hümmətov.
TMMR Mühacir hökümətinin Baş naziri,
R. Mirzəyev.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 6