Предыдущая публикация
Dərdimi dizində ovundurardım,
Rastıma dərdlərin yuxası gəlmir!
Dirilik suyunda batır var olan,
Quruyub yox olur, yoxa su gəlmir!
Qara gün açırmış bəyaz gülləri,
Qışın ruhu imiş bu yaz gülləri,
Necə incə olsa payız gülləri,
Vallah, bənövşənin qoxusu gəlmir!
Ətri yox, arılar göz dikib mənə,
Şeir silkələyib, söz töküb mənə,
Offff, sinən o qədər dağ çəkib mənə,
Gecə əllərimin yuxusu gəlmir!
Yuxulu ya oyaq, vaxtım daşınar,
Beşikdən məzara taxtım daşınar,
Götürüb çırpardım bəxtin başına,
Əlimə fələyin yaxası gəlmir!
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 36