Предыдущая публикация
Çilik-çilik olub ürəyim, Allah,
Tikəm əzab çəkir, param ağrıyır.
Təsəlli verirəm, tuturam dilə,
Kiriyib tutmur ki, aram, - ağrıyır.
Həsrət məngənə tək qəlbimi sıxdı,
Yurdumu dağıtdı, evimi yıxdı,
Dərdlərim başımda ağ günə çıxdı,
Ağarıb saçımda qaram ağrıyır.
Dərd şivən çıxarıb, qəm salıb həşir,
Gözümə yaş dolur, ürəyim şişir,
Başımı tuturam, köksümü deşir,
Özüm də bilmirəm haram ağrıyır.
Bir damla sevginin möhtacı idim,
Eşqin Məkkəm idi, mən Hacı idim,
Mən özüm min dərdin əlacı idim,
İndi yox əlacım, çaram, ağrıyır.
Bir zalım həsrətə düşmüşəm əsir,
Ürəyimi yeyir, ömrümü kəsir,
Ağrıma, acıma neyləyəcək pir,
Yarım, yar adında yaram ağrıyır,
Duydunmu, bildinmi haram ağrıyır?!
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 92
Бир олум
Хеч бири олмаяйды.
Ахсан чооох тасирли ва даярли шеир ....Язан алиниз вар олсун хорматли шаир ......
Oldukca gozel yazmisan eziz qardawim
Yazan ellerin yorulmasin
Ahımız-ufumuz çatmır allaha.
Dərdi yar əlindən almışıq deyə
De, yartək bizdəmi bataq günaha?!
Məhəbbət bağını gəzərkən sənsiz
Payız yarpaqiydim xezanla soldum
Yadimi yar edib yaşadın mənsiz
Dərdimi duyanda dünya ağrıyır