Evimizin yanındakı uşaq bağçasının yanından keçərkən , gözüm bağçanın həyətində oynayan uşaqlara sataşdı.Bu gördüyüm gözəl mənzərə bir az da artıq məni özünə cəlb elədi .
Budur, bu balaca körpələr kimi gizlənqaç , kimi ortada qaldı , kimi isə öz gəlinciyi ilə oynayırdı.
Bu gördüklərim bir göz qırpımında məni uşaqlıq xəyallarına apardı. Bəli, mən də onlar kimi qayğısız , dünyanın dərd-sərindən bixəbər saf bir həyat yaşayırdım. Amma heç ağlıma belə gətirməzdim ki, bu şirin bir nağıldı ... Sonu olmayan bir nağıl . Adətən nağıllarda hər bir hadisə çətinliklə başlayıb , gözəl sonluqla bitir. Nədənsə bizim uşaqlıq nağılımızın əvvəli gözəl başlansada , sonrakı gedişatı nəməlum olur. Bu an qərq olunmuş xəyallarımda incə həzin səslə bir şeir səsləndi:
Qayıt uşaqlığım, qayıt bir anlıq.
Ötən günlərimi tapmaq istərəm.
Minib axşam üstü qırğı atıma,
Həyatdan- həyata keçmək istərəm.
Qayıt uşaqlığım, qayıt bir anlıq.
Yeriyib, yıxılıb , qaçmaq istərəm.
Səhərlər çiynimdə məktəb çantası,
Sinif otağını açmaq istərəm.
Qayıt uşaqlığım, qayıt bir anlıq.
Sən niyə tez ötdün? Bilmək istərəm.
Həyat şirinmiş , mən bu dünyaya
Yenidən doğulub, gəlmək istərəm.
Təəssüf ki, birdən şirin xəyallardan ayrıldım və bitən uşaqlıq çağlarımın geri dönməyəcəyini anladım. Uşaqlıq çağlarımdan ürək çırpıntısı ilə çox pərişan bir halda
oradan uzaqlaşdım....
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев