Əziz Xanımlar!
Sizi 8 Mart Beynəlxalq Qadınlar günü münasibətilə səmimi qəlbdən təbrik edir, Sizə xoşbəxtlik, möhkəm can sağlığı və müvəffəqiyyətlər diləyirik!
Arzu edirik ki, bahar təbəssümü il boyu üzünüzdən əskik olmasın!
Bayramınız mübarək!
8 Mart 1857-ci ildə ABŞ-ın Nyu-York şəhərində geyim sektorunda çalışan yüzlərlə qadının aşağı maaşa, uzun iş saatlarına və pis iş şəraitinə etiraz olaraq tətil etməsi qadınların kişilərlə bərabər hüquqlu olmaq uğrunda apardığı mübarizənin başlanğıcı kimi qəbul edilir.
1910-cu ildə Danimarkanın Kopenhagen şəhərində keçirilən Qadın Sosialist İnternasyonalının qurultayında 1857-ci ilin 8 martında Nyu-Yorkda başlayan mübarizənin qadın hüquqlarının genişləndirilməsi və qadın həmrəyliyinin simvolu olaraq hər il 8 mart gününün Dünya Qadınlar Günü kimi qeyd edilməsini Klara Setkin təklif etmiş və bu təklif qəbul edilmişdir.
1975-ci il dünya qadınları üçün xüsusi əhəmiyyət daşıyır. Məhz bu il, Beynəlxalq Qadınlar ili olaraq tarixə düşmüşdür. Həmin ilin beynəlxalq qadın ili elan edilməsindən sonra BMT-də 1975-ci ilin 8 martı ilk dəfə Beynəlxalq Qadınlar Günü kimi qeyd edilmişdir. İki il sonra 1977-ci ildə isə nəhayət Birləşmiş Millətlər Təşkilatının Ümumi Qurultayında 8 mart qadın hüquqları və beynəlxalq sülh günü olaraq qəbul edilmişdir.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 8