Предыдущая публикация
Bircə yol şəfqətlə gözümə baxmaz"
Mən də qocalıram, a qoca dünya,
Qocalıq dövlətə, dözümə baxmaz..
Tor görər gözlərim, dolaşar dilim,
Titrəyən dizlərim sözümə baxmaz..
Ümid "at oynadar" canımnan belə..
İstəklər dolanar qanımnan belə..
Yüz gözəl ötsə də yanımnan belə;
Biri göz qaldırıb, üzümə baxmaz..
Dönər xatirəyə, yazdığım sözlər...
Solar qətrə-qətrə, qırışar üzlər..
Məni həsrət-həsrət axaran gözlər
Bircə yol şəfqətlə gözümə baxmaz..
"Dəyirman dünyanın" Yusif bir dəni..
Çökər gözlərimə dumanı,çəni..
Əridər, torpağa döndərər məni,
Əynimə geydiyim bezimə baxmaz...
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 3