Hər vaxtını xeyir əziz dost, səmimi, könlü gözəlliklərlə dolu olan, dəyərli və mehriban ADAM.
BİR yandan boşalır, bir yandan dolur, sirrini verməyir sirdaşa dünya.
Gələnlər qalıcı deyil getmək üçün gəlmişdir. İnsan. Tikdiyi qəsrlər qalalar min illərdir yaşayır amma insanın sümüyündən əsər əlamət yoxdur. Gedənlər vaxtlarının dolduğuni anlarlar . İnsan bu dünya adlı məkana ayaq qoyduğunda ilk işi ayağını yerə basmağı ayaq üstə dayanmağı öyrənir. Bu ona əbədi qalacağını aşılayır dil açır hökm etmək istəyir və istəklər möhkəm qala tikməyə gətirib çıxardır.
Adam olan isə əməldən qala, niyyətdən zireh, imandan silah düzəldər gedəcəyi günə qədər vücud adlı səltənətinin keşiyini çəkər... ADAMA gəldi gördü susdu getdi. Getmək ayrılıq deyil, susmaq küskünlük deyil, baxmaq istəmək deyil, danışmaq eşitdirmək deyil, laiqincə yaşamaqdır..mən ruhumu YARADANIMA təslim etdikdən sonra ...öldü deməsinlər,geldi, yasadi, gordu, yoruldu, getdi desinlər.
#Kerim Qoca
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев