Предыдущая публикация
Çatdım ömrün yarısına.
Yavaş-yavaş enir başım
Ürəyimin ağrısına
Başım üstdə dan sökülür,
Dağılır gecənin külü,
Bu dünyanın üzü gülür,
Ağı çıxır qarasına.
Saçımın da artır ağı,
Əsir ömrümün budağı,
Çevrilirəm bir yarpağın
Yaşılından sarısına.
Bir səhər görsəm ölümü,
Əlimdən salsam qələmi,
Yarpaq kimi qoyun məni
Varaqların arasına.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 1