• Quran deyir içmə, sən içirsən.
• Quran deyir çəkmə, sən çəkirsən.
• Quran deyir qumar oynama, cibin Topaz kuponu ilə doludur.
• Quran deyir zina etmə, həftəlik "bazdığ"ından geri qalmırsan.
• Quran deyir qeybət etmə, burda etdiyimi səhər qoyursan başqasının ovucuna.
• Quran deyir xaos yaratma, qanunlara uy, sənin "naruşeniya"ların, "vorzakonluq"ların sərhəd tanımır.
• Quran deyir rüşvət alma, vermə, sənin alıb-verdiyin "şirinlik"lərindən yeri göyü şəkər basıb.
• Quran deyir ədalət mənfəətinə zidd də olsa onu qoru, sənin "ədalət" deyəndə ağlına "ay qız keçmə bizim məhlədən" gəlir.
• Quran deyir tanımadığın insanların namusuna qara yaxma, sən məhəllədə "quş", "bala", "ceyran", "anaş" çıxarmadığın zənən xeylağı qoymamısan qala.
• Quran deyir zülmə boyun əymə, sən "başını sal aşağı, işini gör" fəlsəfəsini özünə Qurandan üstün fəlsəfə etmisən.
• Quran deyir yerə bax, göyə bax, özünə bax, heyvanlara bax, bitkilərə bax, öyrən, araşdır, sənin indiyədək oxuduğun yeganə "kamasutra" kitabı olub, bir də "nənön" rak olanda Ərşad Əzimzadənin "möcüzəsiz möcüzə" kitabından mədət ummusan, vəssalam.
Quran deyir, uşağına dar paltar geyindirmə, sən göbəyini açıb buraxmisan çölə.
Hanı da, qardaş, hanı, harda uymusan ki, sən Qurana, indi həyasız-abırsız şəkildə deyirsən ki, bu milləti Quran geriyə saldı? Ala, rəhmətdiyin nəvəsi, bu millət Quranı bir altından gəlin keçirəndə görüb, bir də yasda mollanın qabağında. Quran görüb bu millət ki, onu dala da sala? İnsafın olsun da ...
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 10