Dünya tibbində müalicə olunmuyan 10 xəstəlik barədə!!!
Əvvəlcə ksa olaraq bunu qeyd edək ki , bu 10 xəstəliyin hamısı İranda 15ə qədər olan Təbiblər tərəfindən sağaldılıb . Əlbətdə Şəfanın əsli Allaha məxsusdur . Bu Təbiblər barədə bunu demək yerinə düşər ki , Hamısı mömündürlər və demək olar ki , hamısı buyurur "" biz pul qazanmağa yox , insanlara xidmət eləməyə gəlmişik"..
İndi isə o 10 xəstəlik barədə :
Elm və texnologiya insan həyatının digər sahələrində olduğu kimi tibb sahəsində də böyük irəliləyişə nail olmuşdur. Lakin buna baxmayaraq tibb elmi heç də bütün xəstəlikləri müalicə edə bilmir. Bu xəstəliklər zamanı xəstənin vəziyyətini xeyli yaxşılaşdırmaq olsa da tam müalicəsi hələlik mümkün deyil. AZXEBER.COM portalı "Aztibb.com"a istinadən həmin siyahını təqdim edir...
10. Polimielit
Əsasən uşaqlarda rast gəlinən sinir sisteminin virus xəstəliyidir və paraliclərlə, ətrafların deformasiyası ilə müşaiət olunan ağır patologiyadır. Bu xəstəliyə qarşı vaksin çox uğurlu olsa da yoluxduqdan sonra müalicə mümkün deyil.
9. Ebola virus qızdırması
Mərkəzi Afrikada rast gəlinən və ölümcül qızdırma ilə müşaiət olunan ağır xəstəlikdir. Simptomları qızartı, qızdırma və hemorragiyadır. Xəstələrdə psixi pozuntular da rast gəlinir.
8. Qrip
Çoxlarına yüngül gəlsə də bu xəstəlik də müalicə olunmur. Simptomları qızartı, qızdırma, baş ağrılarıdır. A, B, C tipli ortomiksoviruslar tərəfindən törədilir.
7. Qırmızı qurd eşənəyi
Autoimmun xəstəlik olub müxtəlif orqanların xronik iltihabını törədir.
6. Şəkərli diabet
Karbohidrat mübadilısinin pozulması ilə müşaiət olunan geniş yayılmış endokrin sistem xəstəliyidir. Xəstəliyin profilaktikası asan olsa da tam müalicəsi mümkün deyil.
5. Kreksfeldt-Ceykob xəstəliyi
Nadir xəstəliklərdən olub sinir sisteminə təsir edir. Əsasan 40-70 yaş arasında baş verir. Xəstəliyin simptomları psixi dəyişikliklər, demensiya, qeyri-iradi hərəkətlər və s.
4. QİÇS
Demək olar ki hamıya məlumdur ki, bu xəstəliyin də müalicəsi yoxdur. Xəstəlik yoluxucudur və immun sistemə təsir edərək onu məhv edir. İnsan heç vaxt bu xəstəlikdən ölmür, onun orqanizmi digər xəstəliklərə qarşı müqavimət mexanizmlərini məhv etməsindən ölür.
3. Astma
Astma tənəffüs yollarının xroniki iltihabi-allergik xəstəliyidir. Xəstələr müalicə zamanı xeyli müsbət dəyişiklik görsə də tam müalicə mümkün deyil.
2. Soyuqdəymə
Çox təəccüblüdür ki, belə adi xəstəliyin spesifik patogenetik müalicəsi yoxdur. Müxtəlif tipli viruslar tərəfindən törədilir. Müalicəsində isə ancaq simptomatik dərmanlar istifadə olunur.
1. Xərçəng
Genetik mutasiya nəticəsində orqan və toxumalarda meydana çıxan yad törəmələrdir. Orqanizmi müxtəlif mexanizmlərlə məhv edən bu xəstəliyin hələlik tam müalicəsi yoxdur.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев