Əziz dostlar, bu gün sizə Katex kndinin fəxri, Azərbaycanın tanınmış rejissoru Baydarov Hilal Zeynəddin oğlunun uğurlarından danışan bir bir qazet məqaləsini təqdim edirəm.
БАКУ, 27 окт — Sputnik. Tokio Beynəlxalq Film Festivalı (TİFF) çərçivəsində azərbaycanlı rejissor Hilal Baydarovun “Quşlara xütbə” filminin dünya premyerası keçirilib. Təqdimatda filmin yaradıcısı özü də iştirak edib. Tamaşadan sonra o, tamaşaçıların suallarını cavablandırıb.” Quşlara xütbə'“rejissorun “Savaş Nağılları” (“Müharibə hekayələri”) və “Xütbə” trilogiyasından olan ikinci filmidir. Hilal Baydarovun ilk işi “Adsız təpələr” adlanır. Bu filmin premerası 2018-ci ildə Monreal Film Festivalında baş tutur. Həmin il, Sarayevoda keçirilən festivalda rejissor “Ad günü” sənədli filminə görə mükafat alır. Hilalın üçüncü işi olan “Xurma yetişəndə” (2019) İsveçrənin Visions du Reel müsabiqəsində iki mükafata, həmçinin XXV Sarayevo Film Festivalında “Ən yaxşı sənədli film” mükafatına layiq görülüb. Rejissorun “Durna Çırağı” bədii filmi, 2021-ci ildə, 34-cü Tokio Beynəlxalq Film Festivalının qalibi olub. Baydarovun ən məşhur filmi “Səpələnmiş ölümlər arasında” filmidir. Bununla o, nüfuzlu “Qızıl Aslan” mükafatı uğrunda mübarizə aparan ilk azərbaycanlı rejissor oldu. Demək olar ki, Hilalın bütün filmləri beynəlxalq müsabiqələrdə mükafatlar alıb. HİLAL BAYDAROV BİZİM FƏXRİMİZDİR. GƏLİN HƏMYERLİMİZƏ BOL-BOL UĞURLAR DİLƏYƏK.
Мы используем cookie-файлы, чтобы улучшить сервисы для вас. Если ваш возраст менее 13 лет, настроить cookie-файлы должен ваш законный представитель. Больше информации
Комментарии 1