Hər zaman fəxrim, qürurum iftixarımdır Veri,
Qeyrətim, həm cürətim, həm etibarımdır Veri.
Tarixin yoldaşıdır, tarix özu şahid ona,
Ta Veradan yol gələn bir yadigarımdır Veri.
Paklığın, comərdliyin ünvanı olmuş hər zaman,
Bir ulu cənnətməkan, ülvi diyarımdır Veri.
Vaxt olub ki susmuşam, tə'n etməsin nadan mənə,
O Xudanın hökmüdür səbri-qərarımdır Veri.
Gəl mübarizlər diyarından xəbər tut sən bir az,
Qansıza qan udduran qeyrət damarımdır Veri.
Şe'ru-sən'ət anlayan övladlari artır daha,
İncə, xoş mətləblərə bir xoş güzarımdır Veri.
Haq sözə, haq söhbətə hər bir zaman "ALLAH" demiş,
Bu düşüncəm, bəllidir, sərvətdi, varımdır Veri.
Mirfayaz Piran özü vəsf eylədi öz yurdunu,
Bil, vətən, yurd adlanan ilkim, nübarımdır Veri.
"QANUN və HƏYAT" qəzeti N-08(08) 04-11 iyun 2005-ci il.
Mirfayaz Adil oğlu Vahabov (Mirfayaz Piran)
Lerik rayonu T.Kazımov adına Veri kənd tam orta məktəbin XI sinif şagirdi
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев