Fatiməni (s)- şəhadətə yetirənlərin kim olduğunu etiraf etdi.
Sələfi (vəhabi) alimindən vəhy evinə hücum barədə etiraf !
Əbdül-Əziz bin Bazın tələbələrindən olan Doktor
Həsən Fərhan əl-Maliki yazır:
ﻭﻟﻜﻦ ﺣﺰﺏ ﻋﻠﻲ ﻛﺎﻥ ﺃﻗﻞ ﻋﻨﺪ ﺑﻴﻌﺔ ﻋﻤﺮ ﻣﻨﻪ ﻋﻨﺪ ﺑﻴﻌﺔ ﺃﺑﻲ ﺑﻜﺮ
ﺍﻟﺼﺪﻳﻖ ﻧﻈﺮﺍً ﻟﺘﻔﺮﻗﻬﻢ ﺍﻷﻭﻝ ﻋﻦ ﻋﻠﻲ ﺑﺴﺒﺐ ﻣﺪﺍﻫﻤﺔ ﺑﻴﺖ ﻓﺎﻃﻤﺔ
ﻓﻲ ﺃﻭﻝ ﻋﻬﺪ ﺃﺑﻲ ﺑﻜﺮ ﻭﺇﻛﺮﺍﻩ ﺑﻌﺾ ﺍﻟﺼﺤﺎﺑﺔ ﺍﻟﺬﻳﻦ ﻛﺎﻧﻮﺍ ﻣﻊ ﻋﻠﻲ
ﻋﻠﻰ ﺑﻴﻌﺔ ﺃﺑﻲ ﺑﻜﺮ ﻓﻜﺎﻧﺖ ﻟﻬﺬﻩ ﺍﻟﺨﺼﻮﻣﺔ ﻭﺍﻟﻤﺪﺍﻫﻤﺔ (ﻭﻫﻲ ﺛﺎﺑﺘﺔ
ﺑﺄﺳﺎﻧﻴﺪ ﺻﺤﻴﺤﺔ[ ([3 ﺫﻛﺮﻯ ﻣﺆﻟﻤﺔ ﻻ ﻳﺤﺒﻮﻥ ﺗﻜﺮﺍﺭﻫﺎ .
Əlinin tərəfdarları Ömərin beyəti zamanı Əbu
Bəkrin beyəti zamanından daha az idilər.
Onların Əlidən ayrilması səbəbi Əbu Bəkrin
xilafətinın ilk dövründə Fatimənin evinə qəfl
hücüm edilməsi və Əli ilə olan bəzi
səhabələrin Əbu Bəkrə beyət etmək
istəməmələri idi. Bu düşmənçilikdə və qəfil
hücümda [bunlar səhih sənədlərlə sabit olub
(3)] çoxlu əziyyət verici xatirələr var idi,
hansı ki, onların təkrar olunmasını
istəmirdilər.
Mətndə 3 nömrəli haşiyədə müəllif yazır.
[ 3] ﻛﻨﺖ ﺃﻇﻦ ﺍﻟﻤﺪﺍﻫﻤﺔ ﻣﻜﺬﻭﺑﺔ ﻻ ﺗﺼﺢ ﺣﺘﻰ ﻭﺟﺪﺕ ﻟﻬﺎ ﺃﺳﺎﻧﻴﺪ
ﻗﻮﻳﺔ ﻣﻨﻬﺎ ﻣﺎ ﺃﺧﺮﺟﻪ ﺍﺑﻦ ﺃﺑﻲ ﺷﻴﺒﺔ ﻓﻲ ﺍﻟﻤﺼﻨﻒ، ﻟﻜﻦ ﻟﻴﺲ ﻛﻤﺎ
ﻳﺒﺎﻟﻎ ﻏﻼﺓ ﺍﻟﺸﻴﻌﺔ ﻭﻟﻴﺲ ﻛﻤﺎ ﻳﻨﻔﻲ ﻏﻼﺓ ﺍﻟﺤﻨﺎﺑﻠﺔ
Əvvəllər elə zənn edirdim ki, «qəfil hücüm»
hadisəsi yalandır, doğru deyil, lakin bu hədis
üçün möhkəm sənədlər tapdım. Bunlardan İbn
Əbi Şeybənin «əl-Müsənnəf»ində olanı
göstərmək olar. Lakin bu məsələ şiələrin
ğulatlarının şişirtdiyi kimi və həmçinin,
hənbəlilərin ğulatlarının inkar etdiyi kimi
deyil.
Həsən Fərhan əl-Maliki, Qiraət fi kutub əl-aqaid,
«Əbu Bəkrin xilafəti Ömərə vəsiyyət etməsi» fəsli,
s.46-47
Əziz oxuyucular gəlin görək şişirtmə harasindadir ?
1- "...ömər Fatimənin evinə tərəf yollandı və onun evinə yetişəndə dedi:-
Ey peyğəmbərin qızı and olsun Allaha sənin atandan başqa heç kəs bizə
əziz deyil və atandan sonra heç kəs bizə sənin qədər əziz deyil. Lakin
and olsun Allaha bu məhəbbət heç vaxt başına yığdığın adamlara görə evi
yandırmaq əmrini verməkdə mənə mane ola bilməz” ıbn Əbu şeybə (hicrətin
235-ci ildə vəfat edib "əl-Musənnəf” 7/432 hədis 37045 Beyrut nəşri
kitabu məğazi –ma caə fi xilafət Əbi Bəkr).
2- «....Sonra Əbu Bəkr öməri Əlinin evinə yığışanların ardınca göndərdi.
Onlar evdən çıxmaqdan imtina etdilər. Bu zaman ömər əmr etdi ki, odun
gətirsinlər və Əlinin evinə yığışanlara dedi:- And olsun o kəsə ki,
ömərin canı onun əlindədir! Gərək evdən çıxasınız. Əgər evdən çıxmasanız
evi içindəkiləri ilə yandıracağam.
Orada olanlardan biri ömərə dedi:- Bilirsən ki, Fatimə də evdədir?
ömər dedi:- Hətta Fatimə də evdə olsa belə yandıracağam....» (ıbni
Quteybə. (hicrətin 276-cı ilində vəfat edib) "əl-ımamətu vəs-siyasət”
1/12 Misir nəşri).
Xatırladaq ki, bəzi əhli sünnət alimləri "əl-ımamətu vəs-siyasət”
kitabının müəllifinin ıbn Quteybə olduğunu inkar edirlər. Onların
cavabında deyirik:- Muhəmməd Fərid Vəcdi "Dairətul-məarif” kitabının
3-cü cildinin 750-ci səhifəsində yazır:- ıbn Quteybənin "əl-ımamətu
vəs-siyasət” kitabı xilafət məsələsi haqqında yazılmış ən qədim və
etibarlı kitablardan biridir.
3- "Əbu Bəkr Əlidən beyət almaq üçün onun ardınca adam göndərdi, amma
Əli beyət etmədi. Bu vaxt ömər Əlində məşəl Əlinin evinə tərəf yollandı.
Fatimə qapının arxasından ömərə dedi:- Ey Xəttabın oğlu nə xəbərdir,
mən səni evimin qapısını odlayan görürəm?
ömər dedi:- Bəli! Məni inkar etmək sənin atanın dinindən ağırdır”
(Bəlazəri (hicrətin 279-cu ilində vəfat edib) "Ənsabul-əşraf” 1/576 Misr
nəşri, səqifə əhvalatı hədis 1184).
4- «Təlhə, Zubeyr və mühacirlərdən bir dəstə Əlinin evində cəm olduqları
bir vaxt ömər ibn Xəttab ora gəlib dedi:-And olsun Allaha əgər beyət
etmək üçün çölə çıxmasanız evi sizin üstünüzə yandıracağam» (Təbəri
(hicrətin 310-cu ilində vəfat edib) "Tarixul-uməmi vəl-muluk” 2/443 nəşr
Beyrut).
5- «....sonra Əmirulmöminin bir dəstə tərəfdarları ilə öz mənzilində
yığışıb mübarizəyə əl atdılar. çünki Peyğəmbər ona bu cür göstəriş
vermişdi. Bu vaxt bir dəstə onun evinə hücum çəkib evinin qapısını
odladılar. Onu zorla evdən çıxartdılar. Hücum çəkənlər qadınların
seyyidəsi (Fatiməni) qapı ilə divar arasında elə sıxdılar ki, hətta
bətnindəki uşağı Möhsin ziyan oldu» (Məsudi (hicrətin 346-cı ilində
vəfat edib) "ısbatul-vəsiyyət” səh 142 hekayətus-səqifə bəhsi).
6- "Əbu Bəkr ömərə göstəriş verdi ki;- Əgər Əlinin evinə yığışanlar
evdən çıxsmaqdan imtina etsələr onda onlarla cəng et. ömər də əlində
məşəl Fatimənin evinə tərəf yollandı ki, oranı odlasın. Bu arada ömər
Fatimə ilə qarşılaşdı. Fatimə ona dedi:- Ey Xəttabın oğlu mənim evimi
yandırmağa gəlmisən? ömər dedi:- Bəli, necə ki, ümmət Əbu Bəkrə beyət
edib gərək siz də beyət edəsiniz......” (ıbn Əbdi Rəbbih (hicrətin
327-ci ilində vəfat edib) "Əqdul-fərid” 3/64 nəşr Misir)
7- ıbni Əbil Hədid (hicrətin 655-ci ilində vəfat edib, "şərhu
Nəhculbəlağə” 2/56 nəşr Beyrut) Covhəridən (4-cü əsrin alimlərindəndir
"Səqifə və Fədək” kitabının müəllifidir. Əhli sünnətin bu mövzuda ən
mühüm mənbələrindən sayılır) nəql edib:- "..... ömər onlara tərəf
yollandı və onlara dedi:- And olsun o kəsə ki, mənim canım onun
əlindədir ya gərək beyət etmək üçün evdən çıxasınız ya da ki, evi sizin
üstünüzə yandıracağam” Həmçinin adı çəkilən kitabın həmin səhifəsində
Covhəri Əbu Bəkrin dilindən nəql edir:- "....Bu zaman ömər evi odlamaq
üçün onlara hücum çəkdi. Zubeyr əlində qılınc ömərin üstünə gəldi”
Müəllif Kitabın 2-ci cildinin 57-ci səhifəsində yazır:-" Əbu Bəkr dedi:-
Ey ömər və ey Xalid ibn Vəlid! Durun ayağa və onların üstünə gedin. O
iki nəfəri mənim yanıma gətirin. Sonra o iki nəfər Əlinin evinə tərəf
yollandılar. ömər içəri daxil oldu və Xalid ibn Vəlid qapının
astanasında dayandı”
Qeyd:-Bəziləri ıbn Əbil Hədidin Sünnü olmasında şübhə ediblər. Cavabında
deyirik ki, Zəhəbi"Sirətu ə`əlamunnəbla” kitabında (23/274) yazır:-"ıbn
Əbil Hədid kəlam, nəzm, nəsr və bəlağət elminin ərbablarındandır. O
mötəzili məzhəbindən olubdur”.
8- "əl- Muxtəsər fi əxbaril-bəşər” (Misr nəşri 1/156. müəllif Ismayil
ımaduddin 732-ci ildə vəfat edib). "... Sonra Əbu Bəkr ömərə Əli və onun
ətrafına yığışanları Fatimənin evindən çıxarmağı göstəriş verdi. Əbu
Bəkr ömərə göstəriş verdi ki, əgər onlar evdən çıxmaqdan imtina etsələr
onlarla cəng etsin. ömər də əlində məşəl Fatimənin evinə tərəf yollandı
ki, oranı odlasın. Fatimə ona dedi:- Hara gəlirsən istəyirsən evimizi
yandırasan? ömər dedi:- Bəli, əks halda gərək siz də ümmət kimi Əbu
Bəkrin beyəti altına daxil olasınız”
9- ömər Rza Kuhalə, əhli sünnətin müasir alimlərindəndir. "Ə`əlamunnisa”
kitabında Beyrut nəşri, "F” hərfi bölməsində Fatimə bintə Muhəmməd adı
altında istinad mənbələrini söyləyib yazır:- "... ömər Fatimənin evinə
tərəf yollandı fəryad çəkirdi. Evdə yığışanları Əbu Bəkrə beyət etmək
üçün çölə çıxmağa çağırırdı. Amma onlar evdən çıxmağa imtina edirdilər.
Bu zaman ömər odun gətirməyi əmr etdi və and içdi:- And olsun o kəsə ki,
ömərin canı onun əlindədir! Ya evdən çıxın ya da ki, evi onun içində
olanların üstünə yandıracağam. Bir nəfər ömərə dedi:- Ey Əbu Həfs!
Fatimə bu evdədir! ömər dedi:- Hətta Fatimə belə bu evdə olsa
yandıracağam”
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Нет комментариев