1-Yanlışlıq: Çimmək, duş qəbul etmək olmaz.
Həqiqət: Olar. Sadəcə, başı bütünlüklə suyun altına salmaq (suya baş vurmaq) olmaz.
2-Yanlışlıq: Ağız suyunu (tüpürcəyi) udmaq olmaz.
Həqiqət: Oruc tutan şəxsin ağız suyunu udmasında heç bir məhdudiyyət yoxdur.
3-Yanlışlıq: Ağzı yaxalamaq və dişləri təmizləmək olmaz.
Həqiqət: Olar. Sadəcə, diqqət etmək lazımdır ki, su boğazdan aşağı getməsin.
4-Orucluq vaxtı toy-bayram keçirtmək olmaz,
Həqiqət: Mübarək ayda toy keçirməklə bağlı heç bir məhdudiyyət yoxdur. Məhdudiyyət hər zaman olduğu kimi haram məclislərə və bunlara xas atributlardır. (yəni oruc saatlarında yemək verməkdən çəkinək lazımdır).
5-Yanlışlıq: Namaz qılmayan oruc tuta bilməz.
Həqiqət: Bunlar – 2 müxtəlif vacib əməllərdir. Lakin, onlardan birinin yerinə yetirilməsi digərinin yerinə yetirilməməsindən asılı deyil və bununla şərtlənmir.
6-Yanlışlıq: Səhvən nəsə yeyəndə və ya içəndə oruc pozulur və onu artıq davam etmək gərək deyil.
Həqiqət: Səhvən nəyisə yemək və içmək orucu pozmur. Amma, oruc olduğunuzu xatırladığınız anda dərhal qida və maye qəbulunu dayandırmaq və qida qalığını ağız boşluğundan xaric etmək gərəkdir.
7-Yanlışlıq: Söyüş söymək və əsəbləşib dava-dalaş etmək orucu pozar.
Həqiqət: Söyüş və dava-dalaş etmək orucun insan mənəviyyatında qoyacağı təsiri məhv edir, amma orucun şəri düzgünlüyünü pozmur. Orucu davam etdirmək gərəkdir.
Присоединяйтесь к ОК, чтобы посмотреть больше фото, видео и найти новых друзей.
Комментарии 3