Həzrət Əli (ə) Fil əshabı hadisəsindən 30 il sonra rəcəb ayının 13-də Kəbə evində dünyaya göz açmışdır.
Həzrət Məhəmməd (s) peyğəmbərlik məqamına çatanda Əlinin (ə) 10 yaşı vardı.
Həzrət Əli (ə) həzrət Məhəmmədin 23 illik peyğəmbərliyi dövründə daim onun yanında olmuşdur.
Onun atasının adı Əbu-Talib (ə), anasının adı Fatimə olmuşdur. Həzrət Əli (ə) Peyğəmbərin (s) qızı Fatimə ilə ailə həyatı qurmuş
və bu izdivacdan dörd övlad dünyaya gəlmişdir: İmam Həsən (ə), imam Hüseyn (ə), Zeynəbi-Kubra, Ümmü Gülsüm.
Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra fədakar xanım həzrət Fatimə (s.ə.) 18 yaşında ikən dünyasını dəyişmişdir.
Həzrət Peyğəmbər (s) qızı Fatiməni (s.ə.) xüsusi bir məhəbbətlə sevirdi. Həzrət buyurur: “Fatimə mənim tənimin parasıdır.
Onu sevindirən məni sevindirir, onu incidən məni incidir. Fatimə mənim üçün ən əziz insandır.” Bəzi rəvayətlərdə nəql olunur ki,
həzrət Peyğəmbər (s) belə buyurmuşdur: “Allah Fatimənin (s.ə.) qəzəbinə görə qəzəblənir, onun razılığına görə razı qalır.”
Xanım Fatimə (s.ə.) bütün varlığı ilə Əmirəl-mö`minin Əli ibn Əbu Talibin (ə) vilayət, imamət məqamını müdafiəyə qalxmışdı.
Xanım elə bu yolda da canını fəda etdi. Peyğəmbər (s) dünyasını dəyişdikdən sonra həzrət Əli (ə) iyirmi beş il evdə oturdu.
Hicri 35-ci ildə xalq müsəlmanların rəhbəri kimi həzrət Əliyə (ə) bey`ət etdilər. Həzrət Əli (ə) beş ilə xəlifəlik etdi.
Hicri 40-cı ilin ramazan ayında 63 yaşlı Əmirəl-mö`minin (ə) Kufə məscidində şəhadətə çatdı.
İmamın pak məqbərəsi İraqın Nəcəf şəhərindədir. Həzrət Əlinin (ə) ləqəbi “Əmirəl-möminin”,
künyəsi (nəsil vasitəsi ilə çağırışı) Əbül-Həsən” olmuşdur. Bərəkətli “Nəhcül bəlağə” məcmuəsi həzrət Əlinin (ə) buyuruqları,
məktubları və hikmətli sözlərindən tərtib olunmuşdur. Kitabın tərtibçisi Seyid Rəzidir.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев