Предыдущая публикация
Hamı deyib-gülür, bu dinməyir heç.
Bəlkə də ürəyi başqasındadır,
Bu gəlin toyuna sevinməyir heç.
Bəlkə də ediblər eşqinə sürgün,
Onunçün olubdur bəxtinə küsgün,
Bilmirəm nə olub, axı nə üçün?
Bu gəlin toyuna sevinməyir heç.
Hamının qarışıb şənliyə başı,
Çox qəmgin görünür, çatılıb qaşı,
Axır yanağına gözünün yaşı,
Bu gəlin toyuna sevinməyir heç.
Yayılıb hər yana bu toyun səsi,
Dayanıb yanında yad bir özgəsi,
Oxunur məhəbbət, sevgi nəğməsi,
Bu gəlin toyuna sevinməyir heç
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев