Предыдущая публикация
Qızıl lalərim boynunu burdu
Şirin arzularım gözümdə qaldı
Atasız-anasız uşaq görəndə.
Qəlbimdə canlandı böyük bir kədər
Dünya ki,gözümdə göründü hədər
Sanki ürəyimə vuruldu xəncər
Atasız-anasız uşaq görəndə.
Ürəyim od tutub alışır mənim
Gecə yuxularım qarışır mənim
Gecəmlə gündüzüm vuruşur mənim
Atasız-anasız uşaq görəndə.
Ata körpəsini deyin atarmı?
Analar balasın heç unudarmı?
Söyləyin gözlərdə yaşlar durarmı?
Atasız-anasız uşaq görəndə.
Budurmu bəşərin gələcəkləri
Budurmu insanın xoş ümidləri
Görəsən bir xoş söz deyəcəklərmi
Atasız-anasız uşaq görəndə.
Bütün insanlarda eşitsin məni
Görmək istəyirsə xoşbəxt körpəni
Yanından sakitcə keçmə küçəni
Atasız-anasız uşaq görəndə.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1