qız günlərin bir günü boş vaxtını keçirmək üçün
müəyyən bir əyləncə axtarışına çıxır.Və əylənmək
məqsədilə çata daxil olur.Gün ərzində vaxtının bir
qismini çatda keçirərək tətilinə rəng qatmış
olur.Təsadüf nəticəsində qızın daxil olduğu çat
bir neçə günlüyünə bağlanır.Əyləncəli anlarını
başqa çatda keçirən qız bir gənclə tanış olur.Elə
ilk dəqiqələrdən dil tapan bu gənclər 2 saatlıq
söhbətdən sonra sağollaşarkən oğlan qızdan bir də
nə vaxt bu çatda olacağını soruşur.Qız başqa
çatda oturduğunu deyir.Lakin nə qədər cəhd
göstərsə də çatın adını oğlana çatdıra
bilmir.Günlər,aylar keçir.Qız adəti üzrə çatda
oturduğu günlərin birində həmin oğlanla
qarşılaşır.Oğlan 2 aydan bəri onu axtardığını
deyir.Qız həmin anda onu tanıyır,lakin biruzə
vermir.Bir müddət söhbət etdikdən sonra onu
xatırladığını deyir.Elə ilk söhbətlərində oğlanın
sözləri qızın yaddaşına həkk olmuşdu.Çox yaxşı
dil tapırdılar,amma qız virtual dünya deyib
söhbətin üstündən keçirdi.
Bir müddət sonra oğlan qızı sevdiyini
söyləyir,təbii ki,qız inanmır.Çünki ünsiyyət
qurduqları mühit buna imkan vermirdi.Həm də
qızın əli sevgidə yanmışdı.Uzun müddət
ünsiyyətdə olan bu gənclər bir-birinə çox
bağlanırlar,hətta qız çata yalnız ona görə daxil
olur.Günlər,aylar bir-birini izləyir,artıq tətil başa
çatır.Abuturiyent olmağa hazırlaşan gənclər
virual aləmdən uzaqlaşmalı olular.Dərslər, əlavə
hazırlıqlar bunu tələb edirdi.Bir müddət əvvəl
oğlan öz nömrəsini qiza vermiş,ən azından gecələr
sms yazmağını xahiş etmişdi.Amma qız buna
cəsarət etmirdi,nədən və ya kimlərdənsə
çəkinirdi.Mövcud olan şərait gəclərin 3-4gün
tamamilə uzaqlaşmasına səbəb olur.Qız dözməyib
nəhayət oğlana sms yazır.Və onu sevdiyini
deyir.Tam 4 ay smsləşib virtual əlaqələrini davam
etdirən gənclər YENİ İL ərəfəsində görüşməyi
qərara alırlar.Görüş baş tutur.10-15 dəqiqə
davam edən görüşdən sonra tərəflər sağollaşıb
ayrılı rlar.Bu dəfə növbə gənclərin bir-birində
oyatdıqları təsuratı söyləməyə çatmışdı.
Qız belə qərara gəlir ki,oğlanı bəyənmədiyini etiraf
edib oğlanda yaratdığı təsuratı tam dəqiqliyi ilə
öyrənsin.Oğlan da öz növbəsində qızı
bəyənmədiyini bildirir.Pis vəziyyətdə qalan qız əsl
fikirlərini gizlədib ayrılmağı təklif edir.Şərtlər çox
ağır idi.Çünki tam 4ay idi ki,onlar bir-birilərinin
smsi ilə yatıb səhərləri bir-birinin smsi ilə
oyanırdılar.Əlbəttə ki,imkan olduqca telefonla da
əlaqə saxlayırdılar.İndi isə ayrilmali idilər.Həmin
gecəni qız səhəırə kimi yata bilmədi.Saat 5-ə
işləmiş telefonu götürüb oğlana sms yazdi.Düzü
umidsiz idi,cavab gözləmirdi.Amma...Amma sms-ə
cavab gəldi.Oğlanın cavablarından görünürdü
ki,artıq o həqiqətləri olduğu kimi qəbul etmişdi...
2 gün keçdikdən sonra hadisələrin gedişi ilə
razılaşmayan qız əsl duyğularını olduğu kimi
oğlana çatdırır.Heç ümid etmədiyi halda
əlaqələrini dava etdirməyi qərara aldılar.
2ay keçdi.Bəzi günlər bir-birinə can deyib can
eşidər,bəzi hallarda küsülü olar,bəzi hallarda isə
oğlan müəyyən dövr üçün uzaqlaşmağı təklif
edər,bəzi hallarda isə əlaqələrini dost kimi davam
etdirməyi təklif edərək qızı həyatdan
küsdürərdi.Yenidən görüşməyi qərara
alırlar.Qızın tək bir dərdi var idi.Özünü oğlana
bəyəndirmək və öz duyğularına qarşılıq almaq.Bu dəfə gənclərin görüşü NOVRUZ bayrami ərəfəsinə
təsadüf edir.İlk baxışdan hər şey normal
görünürdü.Amma yenə də hər şeyi korlayan oğlan
olur.Qızı bəyənmədiyini deyib əlaqələrini dostdan
da yaxın bir məvhum kimi davam etdirmələrini
təklif edir.Qız razı olmur.Çünki sevgili kimi
gördüyü birinə DOST deyə müraciət edə
bilməzdi.Söhbətlərinin sonunda oğlan hər şeyin
zarafat olduğunu deyir.Qız üçün gözlənilməz bir
hal idi.Heç təsəvvürünə də gətirməzdi ki 1saatdan
çox davam edən söhbətləri məhz belə nəticələnə
bilər.Amma sevindirici hal idi.Növbəti bir ay
yarimi çox sakit,.diqqət,qayğı,qarşılıqlı sevgi və
hörmətlə başa vurdular.Növbəti görüş vaxtı təyin
olundu.
Bu dəfə digər iki görüşdən fərqli olaraq daha uzun
müddət bir yerdə oldular.Amma sanki oğlan
nədənsə narazi idi.Qız bütün günahi özündə
görür,baş verənləri öz hərəkətləri ilə
əlaqələndirirdi.Müəyyən məqamlarda bu fikir
doğru idi.Hardasa qürur,əyilməzlik hissi
aralarında münaqişə baş verməsinə səbəb
olurdu.Bir-birilərini çox incidirdilər.Qız
fikirləşirdi ki,ayrılıq hər şeyi həll edə bilər.Ona
görə də ayrılmağı təklif etdi.Oğlan heç etiraz
etmədi.Edilən təkliflə razılaşdı.Qız hiss edirdi
ki,oğlan ona qarşı soyuyub.Bir daha buna əmin
oldu.Qarşılıqlı razılaşıb ayrıldılar.Səhəri gün qız
bütün gün məktəbdə özünə gələ bilmədi.Partasıni
kənara çəkib iki dərsi durmadan,lal-dinməz
ağladı.Sinifdə iki ən yaxın dostu var idi.Hətta
onlarla belə danışmaqdan imtina edirdi.Dərsin
sonunda qiz dostlarınım birindən xahiş etdi
ki,əyər bir gün mənə nə isə olsa mütləq və mütləq
ona çatdırarsan ki,onu həyatımdakı hər şeydən
çox sevirəm.
Söhbəti kənardan eşidən qızın digər dostu onun nə
demək istədiyini başa düşdü.Nece lazımdısa
danladı.Amma qız fikrindən daşınmadı.Dostu söz
verdi ki,sabah ona həyatına son qoya biləcək
dərman gətirəcək.Verdiyi sözün üstündə
durdu.Dərmanları gətirdi.Qız çəkinmədən
dərmanları götürdü.Hətta o bir dəfə də özünə qəsd
etməyi gözə almışdı.Bu dəfə də ölümü gözə
almışdı.Amma dostları buna imkan vermədi.Qız
yalnız bir cümləni təkrar edərək onlardan
uzaqlaşdı. ... MƏN ONSUZ YAŞAYA BİLMİRƏM...
Hal-hazırda gənclər bir müddətdi ki ayrıdılar.Hər
ikisi öz həyatını yaşayır.Amma necə?Onu isə bir
ALLAH bilir.....
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев