Heç bir şəxsin qəlbi günah etmək, Allahın fərmanlarına boyun əyməməklə təmiz olmur
Bəzi
namaz qılmayan, Allahın əmrlərinə tabe olmayan şəxslər belə düşünürlər
ki, namaz və s. dini əməlləri həyata keçirmək yalnız din xadimlərinin
borcudur və namaz qılmayanların (qəlblərinin təmizliyi) isə namaz
qılıb, digər dini əməlləri icra etmədiyi hallarda belə kifayət edir.
İlk olaraq qeyd etmək lazımdır ki, namaz yalnız din xadimlərinə yox
əksinə, bütün müsəlmanlara vacib edilmişdir. Çünki, hamı Allahın
bəndəsidir və hamının Ona tabe olması və ibadət etməsi vacibdir.
Digər
baxımdan, həqiqətən də qəlbləri saf və təmiz olan şəxslər Allaha baş
əyir, namaz qılır və dini əmrləri fərəhlə yerinə yetirirlər. İmam Sadiq
(ə) İmam Əli ibn Hüseynin (ə) namaz qılması haqqında buyurur:
“
İmam Səccad (ə) namaz qılarkən gövdəli bir ağac kimi heç tərpənmirdi.
Yalnız külək onun paltarlarını tərpədirdi”. (“Kafi”, c.3, səh. 300.)
Nəql edirlər ki, Həzrət (ə) o qədər namaz qılır, Allaha səcdə edirdi ki,
alnı qabar bağlayırdı. Bu, məsumların qıldığı namazdır. Əgər Peyğəmbər
(s) və imam övladı qəlbinin təmizliyinə yox, əksinə namaza bu qədər
əhəmiyyət verirsə, digər şəxslər ibadətə daha ox vaxt sərf etməlidirlər.
Heç
bir şəxsin qəlbi günah etmək, Allahın fərmanlarına boyun əyməməklə
təmiz olmur. Çünki, hər bir günah bir qara ləkə kimi insanın qəlbinə
həkk olur. Belə olduğu halda, itaətsizlik edən şəxsin qəlbi təmiz yox,
qaralmış və daşlaşmış olur.
Böyük övliyalar, ariflər illərlə
üzərlərində çalışır, hər bir dini əməli vaxtı-vaxtında yerinə yetirir,
əxlaqlarına diqqət yetirirlər ki, qəlbləri dünya bağlılığından ayrılsın
və namazın ləzzətini daha da yaxşı şəkildə duya bilsinlər. Amma,
bəzilərinin heç nədən qəlblərinin təmizliyini iddia etməsi yalandan
başqa bir şey deyil. Bir el məsəlində deyildiyi kimi, qabdan axan su
onun içində olanıdır.
Ən təmiz qəlbli, sağlam düşüncəli, gözəl
əxlaqlı insanlara - peyğəmbərlərə, məsum imamlara, övliyalara belə namaz
qılıb, Allaha ibadət etmək vacib edilmişdir. Allah Quranda peyğəmbərin
ailəsinə xitab edərək buyurur:
“Namaz qılın, zəkat verin, Allaha və Rəsuluna itaət edin”. (“Əhzab”, 33.)
Beləliklə,
bütün insanlar Allahın əmrlərini icra etməyə səfərbər olmalı və heç bir
bəhanə gətirmədən sevimli məbudlarına ibadət etməlidirlər.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1