fevralın 25-dən 26-na keçən gecə
Ermənistan Silahlı Qüvvələri
tərəfindən Rusiyanın 366-cı
motoatıcı alayının
iştirakı ilə Xocalı şəhərini işğal
edərkən, etnik azərbaycanlılara
qarşı baş vermiş soyqırımdır. Bu
faciə Dağlıq Qarabağ münaqişəsi
zamanı baş vermiş ən dəhşətli
hadisələrdən biridir. Bu soyqırım
zamanı Azərbaycan xalqı yüzlərlə
şəhid vermişdir. 1992-ci il fevralın
25-dən 26-na keçən gecə
Ermənistan silahlı qüvvələri
SSRİ dövründən Xankəndi
(Stepanakert) şəhərində yerləşən
366-cı motoatıcı alayın zirehli
texnikası
və hərbi heyətinin köməkliyi ilə
Xocalı şəhərini işğal etdi.
Hücumdan
əvvəl, fevralın 25-i axşam şəhər
toplardan və ağır artileriyadan
şiddətli atəşə tutuldu. Nəticədə,
fevralın 26-ı
səhər saat 5 radələrində Xocalı
tam
alova büründü. Mühasirəyə alınan
şəhərdə qalmış təqribən 2500
nəfər xocalılı Ağdam rayonunun
mərkəzinə çatmaq ümidi ilə şəhəri
tərk etdi. Amma bir günün içində
yer
üzündən silinən şəhəri tərk edən
2500 Xocalı sakinindən 613-ü
düşmən
gülləsinə tuş gəlib qətliamın
qurbanı
oldu. Bu soyqırım nəticəsində 63-
ü uşaq, 106-ı qadın, 70-i qoca və
qarı
olmaqla – 613 nəfər Xocalı sakini
qətlə yetirildi, 8 ailə tamamilə
məhv
edildi, 25 uşaq hər iki valideynini,
130
uşaq valideynlərindən birini itirdi.
Düşmən gülləsinə tuş gəlib
yaralanan 487 nəfərdən 76-sı
uşaq idi. 1275
xocalılı əsir, 150 xocalılı itkin
düşdü.
Dövlətin və əhalinin əmlakına 1
aprel 1992-ci il tarixinə olan
qiymətlərlə 5 mlrd. rubl dəyərində
ziyan
vurulmuşdur. Bu hadisə
Azərbaycanda və qardaş
Türkiyədə "Xocalı qətliamı", "Xocalı
soyqırımı" kimi anılır.
Ermənistanda
isə bu əməliyyat "Xocalı döyüşü",
"Xocalı hadisəsi" terminləri ilə
ifadə
olunur. Qərb və dünya mətbuatı
"Xocalı qətliamı" ( ing. "Khojaly
Massacre", fr. "Massacre de
Khodjaly " ) terminindən istifadə
etməyə
üstünlük verir
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев