Предыдущая публикация
Qəmləri dəf etməyə dərdimə qəmxar istərəm.
Bağban oldum baği-eşqə, düşmüşəm bir dərdə mən,
Qul deyilmi bəndən, Allah, bağçadan bar istərəm.
Məcnunam, divanəyəm – çövri-cəfa çəkməkdəyəm,
Zülmə düçar eyləyən bir nazlı dildar istərəm.
Mərd olan kəs ölsə də, namərddən aman istəməz,
Ey Xudam, rəhm et mənə, eşqimdə tab, ar istərəm.
Məndən özgə görməyən, fitnəyə-felə uymayan,
Gözləri əğyara kor, boş vədə kar yar istərəm.
Ruhu uçmuş xəstə bir şey istəməz innən belə,
Dərdimə həmdəm olan nalan kaman-tar istərəm.
Ol nigarımdan müdam, eşqin əzabında dözüm,
Etibar, ismin kimi eşqə vəfadar istərəm.
Etibar Cavad
http://sabahinfo.az/16099.html
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 4