mənzərəmə.
Sanki yagdırdi yagış,çökdü bulud
dag dərəmə.
Bir göyərçində belə qonmadı heç
pəncərəmə...
Nə qədər mən sənə eşq məktubu
yazdım, pozdum...
Və'də eyniylə həmin məktubu
pozdum, yazdım.
Neçə illərdi bu göz baxmadı heç
bir gözələ.
Daha da aşiqin oldum mənə
qurduqca tələ.
Qeysə Məcnun dedim, həmçin
mən onu saldım ələ...
Necə şeydir dəli olmağ, dəli
oldum, gördüm...
Ürəyi canın evindən sənə aldım,
verdim.
Mən inanmağla sənə öz evimi
yıxdım özüm.
Daha yoxdur bu quru canda
gülüm zərrə dözüm.
Silmədim göz yaşımı, yol boyu
dolmuşdu gözüm,
İlk görüş yerimizdən son dəfə
keçdim, sildim...
Sonra ünvanıma esqin meyin
içdim, gəldim...
Sən gedən gün gözəlim söndü bu
qəlbin işığı.
Sanki dörd bir yanımı sardı bu
qəm sarmaşığı.
Elə bil hiss eləmişdi ürəyim
ayrılığı...
Bu səbəb gözlərivə hirs ilə
baxdım, susdum...
Səni eşq ormanında mən ova
çıxdım, pusdum.
Bir zamanlar sən idin dərdsiz olan
başda tacım.
İndisə yoxdur unutmağdan özgə
bir əlacım...
Daha yox sənli olan heçnəyə heç
ehtiyacım.
Sənə aid yazılan şeiridə cırdım,
atdım...
Çaşaraq sənli xəyallar yenə
qurdum, yatdım...
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев