Предыдущая публикация
Həyatın min bir işini,
Bilmək olmur gərdişini,
Görkəmi şir tək kişini
Arvad pişiyə döndərər.
*
Boğazına keçsə çatı,
Kömək etməz pulun qatı,
Yaşadığın şən həyatı
Fələk yeşiyə döndərər.
*
Pis həyatın xoş sonu var,
Hər vərdiş yiyəsin tapar,
Çəkmə zəhər qana hopar
İnsan peşəyə döndərər.
*
Cənnət kimi zaman gəlib,
Hara baxsan yenilənib,
İndi elm elə güclənib
Qızı kişiyə döndərər...
*
Kişi arvaddan qorxsa yaxşıdır ev-eşik sahibi olar.
Müəllif. Dağbəyi E.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев