Yağış yağır, sevgilim…Tökülən hər damlasında sənin səsinBəzən şıltaqlıq həvəsin… Yağır yenə üz-gözüməİslanıram istəyinin dənizində,Arada bir guruldayan göy üzündə sənin adın möhürlənir…Yağış yağır, sevgilim…Səsin gəlmir qulağıma, darıxıramPəncərədən boş yollara hey baxıram…Qorxuram ki, ürəyini sındırmışamBəlkə biganə qalmışam..?Axı necə inandırım, hər kəlməmdə onun adıHəm suyumda, çörəyimdə onun dadı..!Unutmağı unutmuşam onun üçünBəs görəsən susur telefonum neyçün..?Yağış yağır, sevgilim…Uşaq kimi kövrəlmişəmQollarında uyuyardım mən bu gecəƏtrinlə sərxoş olardım, bilsən necə…Bəlkə də son yağışımdır, bəlkə bu bahar qışımdır..?!Öpüşərdik gözümüzü yumub yenəToxunardı barmaqlarım köynəyinə..!Saniyəni öldürərdik, dəqiqəni basdırardıq,Saatlara hökm verib asdırardıqBu sevgiylə biz istəsək lap cahanı susdurardıq, inan mənə..!Sən susmasan…Bəlkə bu gün son günümdürOnun üçün istədim ki, bircə kəlmə deyim sənəBilirəm ki, sən sevirsənYağış yağır, sevgilim…
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1