atası oglunu yanına çagıraraq ona bir kisə
mismar verir və tapşırır ki hər dəfə kiminsə xətrinə
dəyib incitdikdə bu mismarlardan birini həyətin
qapısına çalsın. Birinci gün oglan 30-a qədər
mismar içlədir. Get-gedə sebrli və təmkinli olmaga çalişan gənc vurdugu mismarların sayını gündən-
günə azaldır. Təmkinini qorumagın mismar
vurmaqdan daha asan oldugunu görən oglan bir
neçə həftədən sonra gün ərzində bir dənə də
mismar vurmadıgını görüb bunu atasına deyir. Ata bu dəfə igluna hər dəfə yenə də təmkinini
qorumagı bacardıgı zaman bu mismarlardan birini
çıxarmagı tapşırır.
ღ ღ ღ ღ Bir neçə vaxtdan sonra qapida mismar
qalmır. Ata oglunu həmin taxta qapiya
yaxınlaşdıraraq deyir: Oglum, sən özünü çox yaxşı aparmısan. Lakin görürsən qapıda nə qədər deşik
qalıb. Bu deşiklər bir daha heç nə ilə örtülməyəcək.
Bax insan qəlbi də bu qapı kimidir. Hər bir deyilmiş
acı söz bu qəlbi yaralayır və sən bundan sonra nə
qədər də üzr istəsən, konlünü alsan da bu insanın
qelbində də belə yaralar qalır. Odur ki hər bir sözu deməzdən, hər bir hərəkəti
etməzdən öncə bunun kimisə yaralaya
biləcəyindən ehtiyat et.
Mən sizə yaxınlarinızın, sevdiklərinizin və əlbətdə
sizi sevənlərin qəlblərinə ehtiyatla yanaşmagı
arzulayıram.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев