İstehsalatda sağlam və təhlükəsiz iş şəraitinin təminatı yalnız bütün işçilərin ciddi əmək
intizamı və təhlükəsizlik texnikası norma və qaydalarını dəqiq yerinə yetirməsi zamanı
mümkündür. Bu tələblərə riayət etmədən ən təkmilləşdirilmiş texnika və texnologiya belə
istehsalatda təhlükəsiz iş şəraiti yaratmaq imkanına malik deyil.
İşçilər texnoloji və ixtisas biliklərindən əlavə iş yerində davranış təcrübəsinə malik olmalı,
öz vəzifələrini yerinə yetirərkən təhlükəli davranışlara yol verilməməlidirlər. Bu hallar
yarandıqda onların aradan qaldırılma yollarını bilməlidirlər.
Hər bir işçi öz əmək vəzifəsini yerinə yetirərkən çox diqqətli olmalı və bu təlimatın
tələblərini, həmçinin işin təhlükəsiz aparılması haqqında olan digər qayda və təlimatları
yerinə yetirməlidir.
1.Ümumi tələblər
1.1 Qazanxana maşinisti (ocaqçı, maşinist, operator, texnoloji soba ocaqçısı və s.)
işləməyə 18 yaşına çatmış,tibbi müayinədən keçmiş, qazanxanada iş üzrə
müvafiq proqrama uyğun nəzəri, təcrübi hazırlığı olan, ixtisas komissiyası
tərəfindən bu sahədə biliyi qiymətləndirilmiş, peşəsi üzrə müvafiq vəsiqəsi olan,
əməyin mühafizəsi üzrə giriş və ilkin təlimat almış şəxslər buraxılır.Bərk
yanacaqla işləyən ocaqxanalarda qadınların işləməsi qadağandır.
1.2 Qazanxanaya yeni işə qəbul olunanlarla mütləq həmin gün əməyin mühafizəsi
üzrə giriş və iş yerində ilkin təlimat keçirilməlidir. Bu barədə aidiyyatı
jurnallarda qeydiyyatlar aparılmalı, təlim alan və təlim keçən tərəfindən
imzalanmalıdır.
1.3 Qazanxana işçiləri giriş və iş yerində ilkin təlimat keçdikdən sonra birinci 3-5
növbə ərzində (iştəcrübəsindən və işin xarakterindən asılı olaraq) ustanın (iş
rəhbərinin) nəzarəti altında işləməlidir, onlar bundan sonra imtahan verib
müstəqil işləməyə buraxılırlar. Müstəqil işə buraxılış ilkin təlimat keçən
tərəfindən işçinin təhlükəsizlik texnikası üzrə şəxsi vərəqində qeyd edilir,
həmçinin tarix göstərilməklə imzası ilə rəsmləşdirilir.
1.4 Qazanxana işçilərinin təhlükəsizlik texnikası üzrə bilikləri dövri olaraq 12 ayda
bir dəfədən az olmayaraq yoxlanılmalı və bu barədə vəsiqəsində qeydiyyatlar
aparılmalıdır.
Təhlükəsizlik texnikası üzrə biliklərin yoxlanılması müvafiq əmrlə yaradılmış
komissiyanın protokolu ilə rəsmləşdirilir.
1.5 Qazanxana işçiləri ilə əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə dövri
təlimatlar 3 ayda bir dəfədən az olmayaraq keçirilməlidir.
1.6 Əməyin mühafizəsi və təhlükəsizlik texnikası üzrə növbədənkənar təlimatlar
texnoloji prosesin dəyişdirildiyi, avadanlıqlar, tərtibatlar, alətlər modernləşdiyi
və ya yenisi ilə əvəz edildiyi, qazanxana işçiləri tərəfindən təhlükəsizlik
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 3