Предыдущая публикация
NEYLƏYİM
Bacarmadım dayandıram karvanı,
Abuzərim son gedişdi, neyləyim.
Torpaq verib, torpaq alır insanı,
Bu fələkdən gələn işdi, neyləyim.
Tapılmadı dərdlərinin şəfaşı
Dərdin ağır, sağalmadı yarası,
Torpaq ana, biz torpağın balası,
Bu da belə bir gərdişdi, neyləyim.
Şirin xatirələr qara bağladı,
Dəniz ləpələndi, çaylar çağladı.
Şəlalə hıçqırdı, bulaq ağladı,
Əcəl sənlə çox döyüşdü, neyləyim!?
Qəzanın oxları ömrümə süzdü,
Dağ dözməz dərdlərə Əbülfət dözdü.
Bahar gəncliyimi dəryalar üzdü,
Bu ayrılıq bizə düşdü, neyləyim
Əbülfət Heydər
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 1