Предыдущая публикация
Müdiri bir gün irad tutur ki, niyə mən gələndə maşınımın qapısını açmırsan. Müdirə cavab verdi ki: mühafizəçiyəm marketdə, iş müqaviləmdə “qapıaçan” yazılmayıb. Müdir də cavab olaraq “işdən azadsan” deyir.
Təsadüfən, mülkü geyimdə mağazada nəsə alan bir nəfər söhbətə şahid olur. Cavaba gülümsəyir, sonra yavaşcadan əyilib oğlana deyir ki, sabah sənədlərini də götür, gəl, Sərhəd Qoşunlarına, idarəyə.
Beləcə Xudayar sərhədçi olur. Sonra şəhid.
© Jalə Mütəllimova-Seyidli
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Комментарии 5