Çukça özünə kamaz alır...
Bir müddətdən sonra ondan soruşurlar:
- Maşının necədi?
- Hər şeyi yaxşıdır, içi istidir, faraları elə
işıq saçır ki, bütün tundra səhər kimi
görünür...amma bir şey var...
-Nə?
-İtlər tez yorulurlar.
2. Cim və Meri dəlixanadakı dəlilərdəndir.
Bir gün dəlixanada hovuzunun ətrafında
gəzərkən Cim oppanıb hovuzun dibinə
batır. Mari bunu görən kimi tullanıb Cimi
xilas edir. Marinin bu qəhrəmanlığı bütün
dəlixanaya yayılır. Dəlixana müdiri Marinin
ağıllandığı bilir və onu yanına çağırtdırıb
azad etmək üçün əmr verməyə hazırlaşır.
Mari baş həkimin otağına daxil olur. Baş
həkim:
- Mari, sənə bir yaxşı və bir pis xəbərim
var.Yaxşı xəbərim odur ki, səni azadlığa
buraxacayıq. Pis xəbərim ondan ibarətdir
ki, sən Cimi qurtardıqdan sonra o özünü
hamamda asıb.
- O özünü asmayıb. Sudan çıxarıb mən
asmışam ki, qurusun.
3. Özünü siçan hesab edən bir dəli bir neçə
ildən sonra ağıllanır və dəlixanadan çıxmaq
vaxtı gəlir. Baş həkim onu çağırıb yoxlayır:
- De görüm, sən insansan yoxsa siçan?
- Həkim, o günlər keçdi. Artıq ağıllanmışam.
Həkim sənədlərini yazır, bunu buraxır. Bir
azdan həkimlərdən biri gəlir:
- Həmin adam yenə siçan kimi kolların
dalında gizlənib.
Həkim çağırtdırır onu. Sorğu-sualdan sonra
xəstə deyir:
- Həkim mən ağıllanmağına ağıllanmışam,
amma çöldəki pişik hardan bilsin ki,mən
ağıllanmışam
4. Dəlixanada iki nəfəri azad etməyə
hazırlaşırlar. Həkimlər "Çağıraq axırıncı
yoxlamadan keçirək görək ağıllanıblarmı”
deyirlər. Hər ikisini masa arxasına
çağırırlar.
Masanın üzərinə iki qab qoyurlar. Birinin
içinə zeytun, o birinin içinə hamamböcəyi
yığırlar. Sonra deyirlər bunları yeyin.
Dəlilərdən biri tez zeytunları yeməyə
başlayır. O birisi isə tez hamamböcəklərini
yeməyə başlayır və deyir:
- Əvvəl bunları yeyək. O birilər qaçmır.
5. İki dəli xəstəxanadan qaçmağa qərar
verirlər. Gecə planlarını yerinə yetirib
qaçırlar. Sabahsı gün təzədən qayıdırlar.
Digər dəlilər bunlardan soruşurlar:
- Niyə qayıtdınız?
- Bu gün planı yoxladıq. Sabah qaçacağıq.
6. Cim və Meri dəlixanadakı dəlilərdəndir.
Bir gün dəlixanada hovuzunun ətrafında
gəzərkən Cim oppanıb hovuzun dibinə
batır. Mari bunu görən kimi tullanıb Cimi
xilas edir. Marinin bu qəhrəmanlığı bütün
dəlixanaya yayılır. Dəlixana müdiri Marinin
ağıllandığı bilir və onu yanına çağırtdırıb
azad etmək üçün əmr verməyə hazırlaşır.
Mari baş həkimin otağına daxil olur. Baş
həkim:
- Mari, sənə bir yaxşı və bir pis xəbərim
var.Yaxşı xəbərim odur ki, səni azadlığa
buraxacayıq. Pis xəbərim ondan ibarətdir
ki, sən Cimi qurtardıqdan sonra o özünü
hamamda asıb.
- O özünü asmayıb. Sudan çıxarıb mən
asmışam ki, qurusun.
7. Bir gün yoxlama gəlir dəlixanaya
ağıllanan dəliləri evə göndərsin. Yoxlama
dəliləri yığıb bir sual verir:
- Deyin görüm vannada balıq tutmaq
olarmı?
Hamı deyir ki, olar. Təkcə biri deyir olmaz.
Yoxlama həmin dəlini azad edir.
Dəli evə gələndə valideynləri soruşur:
- Səni nə yaxşı buraxdılar?
Dəli dillənir:
- Soruşdular ki, vannada balıq tutmaq olar?
Valideynləri:
- Bəs sən nə dedin, ağıllı balam?
Dəli:
- Dəli zad deyiləm ki, deyim yerini onlar da
balıqları tutsunlar.
8. İki dəli söhbət edirlər, biri o birinə:
-sən harda anadan olmusan?
Cavab:
-Xestexanada
o biri deli:
-Aaaaa hansi xestelikden?
9. Sən pirajnanı niyə yemirsən. Qorxursan
ki, paltara yerləşməzsən???
- Paltar problem deyil. Problem liftdir.
13. İki ovçunun söhbətindən:
- Bir gün, Afrikada, mən, 500 m-lik
məsafədən bir güllə ilə fili vurub öldürdüm!
- Bu nədi ki?! Bu yaxınlarda mən Şimal
dənizində nəhən bir ağ ayını əllərimlə
boğub öldürdüm!
- Hə, söhbət dənizlərdən düşmüşkən, Ölü
dəniz haqda eşitmisən?
- Əlbəttə ki!
- Hə, bax, onu, qardaşımla bir yerdə mən
öldürmüşəm!
10. İki dost görüşür. Biri digərinə:
- He-he-he-e-e-e-ç ba-a-a-a-ş-a dü-ü-ü-ü-şə
bil-mi-mi-rəm ki, ni-ni-yə mə-ə-ə-nim te-le-
e-e-fon şir-kə-ə-ə-tim mə-ə-ə-nə-ə-ə ən ya-
a-axşı ab-o-o-o-nenti-i-i ki-i-i-i-mi müka-a-fat
ve-e-e-rib?
11. Bir nəfər Sibirdə havanın hərarəti mənfi
60 dərəcə olduğunu eşidir. O buna inanmır
və dostuna zəng edir:
- Qulaq as, deyirlər siz tərəfdə 60 dərəcə
soyuqdur hava.
- Yox, təxminən mənfi 25-30 dərəcə.
- Həəə, amma deyirlər mənfi 60 dərəcədir.
- Yox, çöldə ola bilsin mənfi 60 dərəcədir.
12. İki rəfiqə dalaşır:
- Sən nə ixtiyarnan məni hamının içində
axmaq adlandırırsan?!
- Oy, bağışla sən mənə tapşırmışdın ki,
axmaq olduğunu gizlədirsən...
13. Biri gəlib məhəllədə başlayır
goplamağa:
- Uşaqlar keçən həftə getmişdim afrikaya.
Uşaqlar buna sual verirlər:
- Orda göy rəngli fillər olur onu necə
öldürürlər?
- Xüsusi silahla
- Bəs yaxşı qırmızı filləri?
- Onu tutub boğursan, başlayır göyərməyə
sonra göy fillər üçün olan silahla
- Bəs yaşıl filləri?
- Onu söyürsən, utandığından qızarır sonra
tutub boğursan, başlayır göyərməyə sonra
göy fillər üçün olan silahla
- Bəs sarı filləri?
Cavab tapa bilmir:
- Sarı fil olur, əəə??
14. Qulaq as Məmməd! Dünən özümə ağ
ayaqqabı, ağ şalvar, ağ corab, ağ pencək, ağ
köynək, ağ qalstuk və ağ dəsmal almışam.
- Yaxşısı budur özüvə bir dənə də yaşıl
papaq al, olacaqsan qatıq butulkası.
15. Bir qadın öz rəfiqələrinə danışır:
- Təsəvvür edirsiz???. Yatdığım yerdə birdən
görürəm səs gəlir.
İşığı yandıran kimi tanış olmayan birini
görürəm.
Ona dedim ki, 2 saatdan sonra burda
görmüyüm səni
16. İki rəfiqə bir-biri ilə dalaşır:
- Sən axmaqsan!
- Sən özünsən axmaq!
Bunu görən bir oğlan uşağı yaxınlaşır:
- Gözəllər, dalaşmayın siz ikiniz də düz
deyirsiniz.
17. Nəynən dolanırsan?
- Yazıram...
- Jurnalistsən?
- Yox. Mən atama yazıram ki, mənə pul
göndərsin
18. Sirk. Təhlükəli bir nömrə: sirk işçisi öz
başını şirin ağzına soxur və çıxardır.
Sonra elan edirlər:
- Kim bu nömrəni təkrar etsə, 10 min dollar
alacaq.
Salondan kimsə qışqırır:
- Mən təkrar edərəm. Amma yırtıcı heyvanı
yığışdırın.
19. Nəvə nənəsindən soruşur:
- Nənə sənin gözlərin niyə belə yekədi?
- Səni yaxşı görmək üçün
- Bəs qulaqların niyə yekədi?
- Səni yaxşı eşitək üçün
- Bəs yaxşı burnun niyə belə uzundur?
- Ay mənim küt balam, məgər yadından
çıxıb biz filik axı.
20. Həkim, "ənənəvi narkoz” nə deməkdir?
- Bu deməkdir, al bu arağıvı axıracan iç, al
bu pivəni də iç, bu çaxırı da iç, bu konyakı
da iç, indi uzan cərrahiyyə masasına..
21. Cərrah xəstədən soruşur:
- Sizə pullu narkoz lazımdır, yoxsa pulsuz?
- Əlbəttə ki, pulsuz
- Lay-lay deyim yatasan,qızıl gülə
batasan......
22. Komandir tağımın əsgərlərini bir sıraya
düzür. Ciddi-ciddi baxıb:
- Sıravi Əliyev, sıradan çıxın, - deyə əmr
edir.
Əliyev gürultu ilə yerə tirtap sərilir.
Komandir:
- Nə oldu ona?
- Sıradan çıxdı...
23. Avtomatı təmizləməmişdən əvvəl nə
etmək lazımdır?
- Nömrəsinə baxmaq lazımdır. Birdən
başqasının avtomatı olar.
24. Komandir əskərlərin araq içmələrinə
qadağa qoyur və divara yazır: "İçki
öldürür”.Sabahsı gün komandir yazının
altında bir yazı daha görür: "Əskərlər
ölməz.”
25. Ordu sıralarında yeni qoşun növü
yaranıb. Onlar hamıdan tez qaçır, hamıdan
yaxşı gizlənirlər.
Onlar-dizertirlərdir.
26. Ordu sıralarında yeni qoşun növü
yaranıb. Onlar hamıdan tez qaçır, hamıdan
yaxşı gizlənirlər.
Onlar-dizertirlərdir.
27. Almaniyada müharibə vaxtı üç nəfər
silahlı adam yol ilə gedir. Yolda iki nəfər
görürlər və qışqırılar:
-Məgər siz bilmirsiniz ki, təzə qanun çıxıb?
Şəhərdə cüt gəzmək olmaz.
İki nəfərdən biri:
-Bəs siz niyə cüt gəzirsiniz?
Üç nəfərdən biri:
-Biz üç nəfərik "3" cüt rəqəm deyil.
28. İkindi dünya müharibəsi illərində bir
şotlandiyalı əlini amerika əsirlərinə uzadıb
fransızdan soruşur:
- Siz öz dövlətiniz uğrunda döyüşürsünüz,
mən də öz dövlətim uğrunda döyüşürəm.
Bəs bunlar nə uğrunda döyüşürlər??
29. Araq-düşməndir.
Amma zabitlər ondan qorxmur, onu məhv
edir.
30. ABŞ-da yeni güllə icad ediblər. Hədəfə
güllənin gilizi yox, avtomatın özü dəyir.
31. Mağazada:
-Pişik neçəyədir?
-200000 manat.
-Aaaa. Dünən axı 50000-ə idi.
-Düzdü, amma bu gün o, 150000 manatlıq
tutuquşunu yeyib.
32. Mənə yaxşı zəngli saat lazımdır.
- Bizdə yaxşı saat var. Deməli, əvvəlcə
normal qaydada zəng çalır, sonra həyəcan
siqnalı verir, sonra üstünüzə bir vedrə
soyuq su tökür......əgər heç biri kömək
etməsə, işinizə zəng edib xəstə olduğunuz
barədə xəbər verir.
33. Bir tacir zinət əşyaları satır. Hər gün
müəyyən saatda işini öz meymununa
tapşırır və özü nahara gedir.
Bir oğru gəlir və müxtəlif hərəkətlər edir -
əllərini açır deyir :
-lyalya
Meymun da bunu edir. Oğru gözlərini
bağlayır deyir lyalya. Meymun bunu edəndə
oğru malları oğurlayıb qaçır.
Bu hadisə bir neçə təkrar olunandan sonra.
Tacir meymuna tapşırır ki, bir təkrar olunsa
səni öldürəcəyəm.
Sabahı günü yenə oğru gəlir və müxtəlif
hərəkətlər edir - əllərini açır deyir :
-lyalya
Meymun yenə bunun etdiklərini edir. Oğru
gözlərini bağlayır deyir lyalya.
Elə bu an meymun yanından daş götürüb
çırpır oğrunun başına və deyir:
- ala
34. Telefon zəng çalır. Kişi dəstəyi qaldırır
və xəttin o biri tərəfindən səs gəlir:
- Alo! Sevgilim sənsən?
- Bəli mənən. Bəs kimdi danışan?
35. İki rəfiqə telefonla danışır:
- Bilirsən, biz Məmmədlə bir-birimizi
sevirik.
- Yaxşı qurtaranda zəng edərsən.
36. İki tələbə sessiya əvvəli:
- Nə oxuyursan?
- Kvant fizikası...
- Bəs niyə kitabı baş-ayaq tutmusan??
- Əşi nə fərqi var eee
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев