07.2016 baş verib
“Bıçağı ərinin ürəyinə sancıb, onunla da keçinib” - Ramanadakı qətlin təfərrüatı
Sabunçu Rayonu Ramana qəsəbəsində baş verən qətl hadisəsinin bəzi təfərrüatları məlum olub. Qtv.az bildirir ki Rayonun polis şöbəsindən AzNews.az-a verilən məlumata görə, hadisə ailə-məişət münaqişəsi zəminində baş verib: “Vüqar dönərxanada işləyir. Həmin günü işdən tez çıxıb, amma hadisə gecə saatlarında baş verib. Arvadı bıçağı götürüb ürəyinə sancıb. Kişi elə bir bıçaq zərbəsi ilə ölüb. Qadın tutulub, istintaq aparılır”.
Şöbədən onu da əlavə ediblər ki, V.Kərimovun bir qızı var: “Hadisə baş verəndə uşaq nənəsigildə olub”.
Qeyd edək ki, Sabunçu rayonu Ramana qəsəbəsində qətl hadisəsi baş verib. Vüqar Kərimovun üzərində zorakılıq əlamətləri olan (kəsilmiş-deşilmiş xəsarət) meyiti evində tapılıb.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев