Güney Azərbaycanda böyük sərkərdə, Qacar taxt-tacının vəliəhdi Abbas Mirzənin heykəlinin açılış mərasimi keçirilib. 6 metr hündürlüyündə olan heykəl 3 metr hündürlüyündə daşın üstündə qərarlaşıb. Ticarət Məntəqəsinin Texniki İşlər üzrə Bölümünün təşəbbüsü ilə həyata keçirilən layihə ustad Mehrdad Abbaszadə tərəfindən icra olunub.
Məlumata görə, dəmir sütun üzərində ucaldılan heykəl fiberglasdan hazırlanıb, onun 1200 kiloqram çəkisi olduğu bildirilir.
1788-ci ildə dünyaya göz açan Fətəli şаh оğlu Аbbаs Mirzə Azərbaycanın hərb tarixinin görkəmli nümayəndəsi, böyük sərkərdə, qəhrəman və Qacar taxt-tacının vəliəhdidir.
Abbas Mirzə 1799-cu ildən Güney Azərbaycanın, 1831-ci ildən Kеrmаnın və Хоrаsаnın vаlisi оlub. O 47 yaşında şübhəli bir şəkildə dünyasını dəyişib.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев