Bizim peyğəmbərin kim olduğunu soruşdular. Ənsar və mühacirdən olan bir dəstə camaat Allah Rəsulunun (s) dünyasını dəyişdiyini dedilər. Onlar dedi: Sizin hansınız O peyğəmbərin vəsisidir. Allah heç bir peyğəmbəri, onun hökmünü təbliğ etmək üçün bir qövmə vəsisiz göndərməyib. Ənsar və mühacirdən olanlar yəhudiləri Əbu Bəkrin yanına apardılar və dedilər: Peyğəmbərin vəsisi budur. Yəhudilər Əbu Bəkrə dedilər: Biz peyğəmbərin vəsisindən soruşmalı olduğumuz məsələləri səndən soruşuruq və səndən istəyimiz budur ki, vəsilərin verməli olduğu cavabları bizə deyəsən. Əbu Bəkr dedi: İstədiyinizi soruşun, inşaallah cavab verərəm. Yəhudilərdən biri dedi: Allah yanında biz nəyik və siz nəsiz? O hansı nəfsdir ki, digər bir nəfs ilə qohumluğu olmadan o nəfsin içində idi? O hansı qəbirdir ki, öz sahibi ilə seyr etdi? Cənnət və Cəhənnəm hardadır? Sənin rəbbinin vəchi (üzü) hansı tərəfdədir? İki şahid nə deməkdir? İki qeybdə olan nə deməkdir? İki biri-birinə zidd olan nədir? Bir nədir? İki nədir? Üç nədir? Dörd nədir? Beş nədir? Altı nədir? Yeddi nədir? Səkkiz nədir? Doqquz nədir? On nədir? On bir nədir? On iki nədir? İyirmi nədir? Otuz nədir? Qırx nədir? Əlli nədir? Altımış nədir? Yetmiş nədir? Səksən nədir? Doxsan nədir? Yüz nədir? İbn Abbas deyir: Əbu Bəkr dayandı və cavab verə bilmədi. Qorxduq ki, qövm İslamdan üz döndərər. Mən Əli ibn Əbi Talibin (ə) evinə getdim və olanları Əliyə (ə) danışdım. Əli ibn Əbi Talib (ə) gülümsədi və dedi : Məhz bu gün Allah Rəsulunun (s) mənə vəd verdiyi gündür. Bir yerdə məscidə getdik və Əmirəl-möminin Allah Rəsulunun (s) oturduğu yerdə oturdu və yəhudi başçılarına üz tutaraq buyurdu: Mənə yaxın oturun və Ondan soruşduğunuzu soruşun. Yəhudi dedi: Sən kimsən? Əmirəl-möminin Əli (ə) buyurdu: Mən Əli ibn Əbi Talib ibn Əbdul Muttəlibəm. Peyğəmbərin (s) qardaşıyam, Peyğəmbər qızı Fatimənin (s.ə) əriyəm, Peyğəmbərin nəvələri olan Həsən (ə) və Huseynin (ə) atsıyam, bütün hallarda Peyğəmbərin vəsisiyəm. İzzət sahibi və peyğəmbər sirrinin mənbəyiyəm. Yəhudilərdən biri dedi: Sən və mən Allah yanında nəyik (məqamımız nədir)? Əmirəl-möminin Əli (ə) buyurdu: Mən özümü tanıyandan bəri möminəm, sən də özünü tanıyandan bəri kafirsən. Yəhudi dedi: O hansı nəfsdir ki, digər bir nəfs ilə qohumluğu olmadan o nəfsin içində idi? Əmirəl-möminin Əli (ə) buyurdu: O şəxs Həzrəti Yunus (ə) idi ki, balığın qarnında idi. Yəhudi dedi: O hansı qəbirdir ki, öz sahibi ilə seyr etdi? Əmirəl-möminin Əli (ə) buyurdu: O Həzrəti Yunus (ə) idi ki, balığın qarnında yeddi il seyr etdi. Yəhudi dedi: Cənnət və Cəhənnəm hardadır? Əmirəl-mominin Əli (ə) buyurdu: Cənnət səmada (göydə), cəhənnəm isə yerdədir. Yəhudi dedi: Sənin Rəbbinin vəchi (üzü) hansı tərəfdədir? Əmirəl-mominin Əli (ə) buyurdu: Ey ibn Abbas! Odun və od gətir! İbn Abbas Deyir: Odun və od gətirib yandırdım. Sonra Əmirəl-möminin Əli (ə) buyurdu: Ey yəhudi: Bu alovun vəchi (üzü) hansı tərəfdədir? Yəhudu dedi: Mən onun üzünü görmürəm. Əmirəl-möminin Əli (ə) buyurdu: Bəs həqiqətən mənim Rəbbimin də vəchi (üzü) bu cürnədir.Məşriq də, Məğrib də ona məxsusdur.Üzünü hansı tərəfə çevirsən, Allahın vəchi ordadır. Yəhudi dedi: İki şahid nə deməkdir? Əmirəl-möminin Əli (ə) buyurdu: Göy və yer, onlar heç vaxt qeyb olmazlar. Yəhudi dedi: Bəs iki qeyb olan nədir? Əmirəl-möminin Əli (ə) buyurdu: Ölüm və yaşayış. Yəhudi dedi: İki biri-birinə zidd olan nədir? Əmirəl-möminin Əli (ə) buyurdu: Gecə və gündüz. Yəhudi dedi: Bir nədir? Əmirəl-möminin Əli (ə) buyurdu: Bir vahid (tək) olan Allah deməkdir. Yəhudu dedi: İki nədir? Əmirəl-möminin Əli (ə) buyurdu: İki Adəm (ə) və Həvva (ə) deməkdir. Yəhudi dedi: Üç nə deməkdir? Əmirəl-möminin Əli (ə) buyurdu: Üç Nəsranilərin yalanıdır ki, Allah haqqında "üçün üçüncüsüdür” deyirlər. Yəhudi dedi: Dörd nə deməkdir? Əmirəl-möminin Əli (ə) buyurdu: Dörddən məqsəd, Quran, Zəbur, Tövrat və İncildir. Yəhudi dedi: Beşdən məqsəd nədir? Əmirəl-möminin Əli (ə) buyurdu: Beşdən məqsəd, beş vacib olan namazdır. Yəhudi dedi: Altı nə deməkdir? Əmirəl-möminin Əli (ə) buyurdu: Altıdan məqsəd, Allahın yeri,göyü və onların arsında olanları altı günə yaratmasıdır. Yəhudi dedi: Yeddi nədir? Əmirəl-möminin Əli (ə) buyurdu: Yeddi deyəndə, Cəhənnəmin yeddi qatı nəzərdə tutulur. Yəhudi dedi: Səkkiz nədir? Əmirəl-möminin Əli (ə) buyurdu: Səkkiz, Cənnətin qapılarıdır. Yəhudi dedi: Doqquz nədir? Əmirəl-möminin Əli (ə) buyurdu: Doqquzdan məqsəd, yer üzərində bir neçə fəsad əhli var ki, onlar heç vaxt islah olmazlar. Yəhudi dedi: On nədir? Əmirəl-möminin Əli (ə) buyurdu: Ondan məqsəd, on kamil gündür. (Həcc zamanı qurban kəsə bilməyən, Həcc zamanı üç gün, öz vətəninə qayıtdıqda isə yeddi gün oruc tutmalıdır, cəmi on gün edir). Yəhudi dedi: On bir nədir? Əmirəl-möminin Əli (ə) buyurdu: On birdən məqsəd, Həzrəti Yusufun (ə) atsına danışdığı yuxudur: "Ey mənim əziz atam, həqiqətən mən yuxuda gördüm ki, on bir ulduz, günəş və ay mənə səcdə edirlər”. Yəhudi dedi: On iki nədir? Əmirəl-möminin Əli (ə) buyurdu: On iki ilin aylarıdır. Yəhudi dedi: İyirmidən məqsəd nədir? Əmirəl-mominin Əli (ə) buyurdu: İyirmidən məqsəd, Həzrəti Yusufun (ə) iyirmi dirhəmə alınmasıdır. Yəhudi dedi: Otuz nədir? Əmirəl-möminin Əli (ə) buyurdu: Otuz, Ramazan ayının günləridir ki, Allah xəstə və səfərdə olanlardan başqa bütün möminlərə (iman gətirənlərə) vacib etmişdir. Yəhudi dedi: Qırxdan məqsəd nədir? Əmirəl-möminin Əli (ə) buyurdu: Qırxdan məqsəd, Musanın (ə) miqatıdır. Yəhudi dedi: Əllidən məqsəd nədir? Əmirəl-möminin Əli (ə) buyurdu: Əlli, Həzrəti Nuhun (ə) təbliğidir ki, doqquz yüz ildən əlli il az olmuşdur. Yəhudi dedi: Altımış nədir: Əmirəl-möminin Əli (ə) buyurdu: Altımışdan məqsəd, Ziharın kəffarəsidir ki, hər kim altımış miskinə təam verə bilməsə, iki ay (altımış gün) oruc tutmalıdır. Yəhudi dedi: Yetmişdən məqsəd nədir? Əmirəl-möminin Əli (ə) buyurdu: Yetmişdən məqsəd, Həzrəti Musanın (ə) öz qövmündən miqat üçün yetmiş nəfəri seçməsidir. Yəhudi dedi: Səksən nədir? Əmirəl-möminin Əli (ə) buyurdu: Ərəbistan yarımadasında bir kənddir ki, ora "Səmanun” deyərlər, Həzrəti Nuhun ( ə) gəmisi ordan hərəkətə başlamış və Allah-təala o qövmü o yerdə suya qəra etmişdir. Yəhudi dedi: Doxsandan məqsəd nədir? Əmirəl-möminin Əli (ə) buyurdu: Doxsandan məqsəd, Həzrəti Nuh (ə) öz gəmisində, heyvanlar üçün doxsan evi hazır etməsidir. Yəhudi dedi: Yüz nədir? Əmirəl-möminin Əli (ə) buyurdu: Həzrəti Davudun (ə) əcəli altımış il idi ki, Adəm (ə) öz əcəlindən ona qırx il verdi, yüz il oldu. Yəhudu dedi: Ey gənc, Muhəmmədi (s) bizə vəsf et, sanki biz onu görmüşük və Ona (s) bu saat iman gətirək. Əmirəl-möminin Əli (ə) ağlayaraq Allah Rəsulunun (s) bütün xüsusiyyətlərini yəhudi başçıları üçün vəsf etdi. Yəhudilər dedilər: Biz Şəhadət veririk ki, Allahdan başqa məbud yoxdur, şəhadət veririk ki, Muhəmməd (s) Allahın rəsuludur (s) və şəhadət veririk ki, həqiqətən də, sən Muhəmmədin (s) haqq olan vəsisisən. O iki yəhudi islamı qəbul edərək, ömürlərinin axırına qədər Əmirəl-möminin Əlinin (ə) yanında qaldılar. Onlardan biri Cəməl döyüşündə, digəri isə Siffeyn döyüşündə şəhadətə yetdilər. Mənbə: "ƏL-XİSAL", ŞEYX SƏDUQ.
Присоединяйтесь к ОК, чтобы подписаться на группу и комментировать публикации.
Нет комментариев